Huquqaz.com

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

27.09.2024
2.177
İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib

Son illər Azərbaycan iqtisadiyyatında davamlı, sabit, sürətli, dinamik inkişaf təmayülü özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb. Bu prosesə yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına və ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib.

Hər şey bünövrənin necə qoyulmasından asılıdır. Təməl möhkəm olarsa, ucaldılan bina da uzunömürlü olacaq. Bu mənada əminliklə demək mümkündür ki, Ümummilli lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə və müdrikcəsinə yaradılan fundamental ideya əsasları müstəqil Azərbaycanın əbədiyaşarlığını təmin edəcək.

Bu gün güclü iqtisadiyyat Azərbaycanın hərtərəfli inkişafının, milli maraqlar üzərində qurulan prinsipial siyasətinin təməlində dayanan əsas amil qismində çıxış edir. Azərbaycan iqtisadi müstəqilliyinə Ulu Öndər Heydər Əliyevin zamanında əsasını qoyduğu islahatlar yolu ilə cənab Prezident İlham Əliyevin  inkişaf  kursunu davam etdirilməsi sayəsində nail olunub. Ölkəmizdə meydana çıxan çağırışları önləmək və bundan sonra da inkişafın ardıcıllığını təmin etmək məqsədilə davamlı olaraq yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyev ölkədə biznes mühitinin  optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, və sosial sfera da daxil olmaqla, digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb.

Ümummilli Liderin əsasını qoyduğu inkişaf kursu, sonrakı mərhələdə isə cənab Prezident İlham Əliyevin ölkədə siyasi varisliyi təmin etməsi, o cümlədən də iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Öz növbəsində iqtisadi müstəqillik respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında çox mühüm rol oynayır.

Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Neft hasilatının sabitliyinin təmin edilməsi

Belə bir qəbul olunmuş fakt var ki , “Neft – enerji deməkdir, enerji isə – sərvətdir”. Bu məsələ Azərbaycanda uğurla reallaşdırılan neft strategiyasının nəticələri timsalında özünü bir daha təsdiqləmiş olur. Ulu Öndər Heydər Əliyevin iqtisadi baxışlarında əsas yerlərdən birini tutan xarici əlaqələrin ölkəmizin mənafeyi baxımından gücləndirilməsi neft sənayesində, daha dəqiq desək, “Əsrin kontraktı” adlanan sazişdə özünü  nümayiş etdirmişdir. Qeyd etmək  lazımdır ki, burada  önəmli məsələ   ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin düçar olduğu problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.

Ulu öndərin miras qoyub getdiyi yolu  uğurla davam etdirən Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, Azərbaycan son illərdə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan Respublikasının  dünyadakı nüfuzu durmadan artır, region siyasi, iqtisadi və mədəni mərkəzə çevrilir. Bu gün Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Bunun nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanır.

Uzun illər ərzində  Azərbaycan enerji sahəsində bir çox ölkələrlə uğurlu  əməkdaşlıq edir. Bu gün isə artıq bu sahələr şaxələndirilir. Dünyada inkişaf etmiş ölkələr  hər zaman bizim bu istiqamətdə olan  bütün təşəbbüslərimizi dəstəkləyiblər. Bunun nəticəsində Azərbaycan öz resurslarını inkişaf etdirib və etdirməkdə də davam edir. Burada neft sahəsi əsas söhbət mövzusudur.

Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.