Huquqaz.com

Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

17.10.2022
2.372
Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində  torpaqlarımız düşmən istilasından azad olunub və  Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin  rəmzinə çevrildi.  Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Bunu erməni əsilli ekspertlər, politoloqlar da dəfələrlə etiraf ediblər.

Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanır. 44 günlük Vətən müharibəsi başa çatandan sonra dövlət başçımız cənab İlham Əliyev dəfələrlə Azərbaycanın sülh istədiyini bildirib.

Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir ki, Azərbaycan dövləti bunları təmin edəcək. Qarabağda yaşayan ermənilər düzgün addım atmalı və başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil.

Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün  vətəndaşların milli, dini mənsubiyyətindən asılı olmayaraq hamısının hüquq və azadlıqları bərabərdir  və  Azərbaycan dövləti  hər zaman buna riayət edərək  bütün vətəndaşlarının hüquqlarını qoruyur.   Azərbaycan dövlətində hər bir vətəndaş üçün eyni hüquq və azadlıqlar nəzərdə tutulub. Qarabağda yaşayan ermənilər də  eyni hüquqa malik olacaqdır. Azərbaycan qalib ölkə olaraq diktə edən tərəfdir. Ermənistanın reallıqları qəbul etməkdən başqa yolu yoxdur.

 

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

Şərhlər

Şərh yazılmayıb.