Huquqaz.com

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

15.10.2024
3.182
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

Qarabağa sahib olmaq üçün mənfur düşmənlərimizin Xankəndində törətdiyi növbəti kütləvi talanlar 1988 ci il 18 sentyabrda olmuşdur. Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. 21 sentyabr tarixlərində isə hərbçilərin müşayiəti ilə azərbaycanlılar Xankəndindən Şuşaya köçürüldü. Bu proseslə də azərbaycanlıların Xankəndi şəhərindən etnik təmizlənməsi prosesinə başlanıldı. 1988-89-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Xarici havadarlarının himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular və şəhərin işğalı tam başa çatdırıldı.

2020-ci ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsinin bö­yük Zəfərlə başa çatması nəticəsində Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Azərbaycan xalqının, dövlətinin və ordusunun dəmir yumruğa çevrilmiş birliyi nəticəsində Ermənistanın iş­ğalçı ordusu məhv edildi. Üçtərəfli Bəyanata əsasən, Ermənistan tərəfinin icra etməli oldu­ğu öhdəliklərdən biri də Qara­bağ ərazisində qalmış erməni hərbi qüvvələri­nin tərksilah və ləğv edilməsi idi.  Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmədi. Vətən müharibəsindən sonra bölgədə cərəyan edən təhlükəli revanşizm Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və dövlət rəhbərinin əmri ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində lokal xa­rakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. Antiterror əməliyyatı 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da başladı düşmən qüv­vələri xeyli sayda itki vermişdir. Bir sutkadan da az davam edən bu əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri məhv edildi və Azərbaycanın bütün ərazilərində respublikanın suverenliyi təmin edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Həmin gündən artıq bir il ötür.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Antiterror əməliyyatı qaçılmaz idi

Vətən müharibəsi Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirilmiş antiterror əməliyyatını zəruri idi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı.

Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi. Ordumuz düşmənin bədxah niyyətindən xəbərdar idi və bu dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı. Nəyi, nə vaxt etməyi yaxşı bilən Müzəffər Ali Baş Komandan tərəfindən Ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı. Tapşırıqların icrası zamanı qarşılıqlı əlaqədə hərəkət edən bölmələrimiz bütün istiqamətlərdə uğurla hərəkət edərək düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Ötən ilin sentyabrında aparılan antiterror əməliyyatından sonra ölkəmizin təkcə coğrafi xəritəsində deyil, sosial və quruculuq xəritəsində də çox böyük dəyişiklik baş verib. Az qala hər gün yeni bir ünvanın, yeni bir infrastruktur obyektinin bünövrəsi qoyulur, yeni bir ocaqda işıq yanır. Vaxtilə erməni quldur birləşmələrinin xaraba qoyduğu Qarabağın və Şərqi Zəngəzurun yaşayış məskənlərində abad və yaraşıqlı şəhər və kəndlər salınır, yeni-yeni ünvanlar boy göstərir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim

Şərhlər

Şərh yazılmayıb.