Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı yeni vəzifəyə təyin olunub
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru, I dərəcəli hüquqşünas Aynur Vüsət qızı Əfəndiyeva vəzifəsindən azad olunub.
Huquqaz.com-un əldə etdiyi xəbərə görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş Prokurorun digər əmri ilə Aynur Əfəndiyeva qurumun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin prokuroru təyin olunub.
Şərh yazılmayıb.