Huquqaz.com

Bütün Azərbaycan xalqı ürəkdən sevinir

15.10.2024
2.198
Bütün Azərbaycan xalqı ürəkdən sevinir

Bütün Azərbaycan xalqı ürəkdən sevinir

Qarabağ münaqişəsi Azərbaycanın son əsrdə yaşadığı çətin, ağrılı problem idi. Erməni qəsbkarları qanunsuz şəkildə, heç bir hüquqi əsas göstərmədən torpaqlarımızı işğal etmişdilər. Azərbaycan xalqı heç bir zaman erməni qəsbkarlarının zorla torpaqlarımızı işğal etməsi ilə barışmamışdır

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı.

15 oktyabr 2023-cü il tarixi yaddaşımıza həkk olmuş tarix kimi daxil olmuşdur. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Cənab Prezidentimiz tərəfindən qarşıya qoyulmuş bütün vəzifələr tamamilə icra edildi. 21 il bundan əvvəl Prezident seçilmiş Cənab İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, bu xalqı öz arzusuna gedın yolda heç bir qüvvə çəkindirə bilməz. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 21 ildə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb.

Bu gün Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Azərbaycanın bu gün qalib ölkə kimi başı dikdir. Elə bir tarix yazdıq ki, əsrlər keçsədə bu yaddaşımızdan silinməyəcək. Biz bu Qələbəni cənab Prezidentimizin və güclü Ordumuzun gücü ilə qazandıq.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

 

 

Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacaq. Əsas hədəf ondan ibarətdir ki, hərbi sahəsində bu proses dayanmır və dayanmamalıdır. Bu günki güclü Azərbaycan dövləti iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa həmin vəsaitin toplanması və bu sahələrə sərf olunması iqtidarındadır.

Qalib xalqın ölkəsinə, ordusuna güclü güvəni nəticəsində cəmi 44 günə Ermənistan ordusu darmadağın edildi. Ardınca isə sadəcə 23 saata lokal antiterror tədbirləri ilə Qarabağdakı separatizmin kökü kəsildi.

Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi strategiyası özünü ən yüksək səviyyədə göstərdi və Qarabağ işğaldan azad olundu. Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük zəfəri olaraq tarixə həkk olundu. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.