Huquqaz.com

Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir

14.10.2022
2.142
Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.

Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər onun şəxsi keyfiyyətlərini xarakterizə edərək bildirmişdir ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Azərbaycan xalqı, bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi.

Prezident İlham Əliyevin bütün rəhbərliyi dövründə və xüsusilə son illərdə aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız üçün, hər bir ailə üçün yeni imkanlar yaradılmışdır. Məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlətimizin başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artdığı ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Hələ 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə növbəti artımlar (indeksasiya, təqaüd artımları) edildi. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.