Huquqaz.com

Müttəfiqlik

15.10.2024
2.785
Müttəfiqlik

Müttəfiqlik

Azərbaycanın Rusiya ilə əlaqələri çoxəsrlik tarixə malikdir və bu gün də bu münasibətlər dinamik inkişafdadır.  Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfəri həmişə diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri iki ölkə arasında  münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Dövltimizin başçısının Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi.

Cənab Prezidentimizin həmin gün Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədən bəzi məqamları da diqqətə çatdırıb. Qeyd olunub ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.