“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti
Azərbaycan Respublikasında 31 il bundan əvvəl qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanun artıq müasir dövrün tələblərinə uyğun gəlmirdi. Bu səbəbdən “Siyasi partiyalar haqqında” yeni Qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcəkdir. Nəzərə alsaq ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Bu səbəbdən də ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsini zərurətə çevirmişdi. Qanun layihəsinin hazırlanması zamanı bir sıra benəlxalq sənədlərə və nümunələrə müraciət və istinad olunub. Layihənin hazırlanmasında 24 ölkənin təcrübəsinə baxılıb. Eyni zamanda, siyasi partiyaların iştirakı ilə keçirilən dinləmələrdə və müzakirələrdə də təkliflər öyrənilib. Nəticədə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif verilib. Milli Məclisdə komitə və plenar iclaslarda isə deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
Yeni Qanun bir sıra mütərəqqi müddəaları ilə də seçilir. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq.
Şirvani Qasımov – Milli Cəbhə partiyasının Zərdab rayon təşkilatının sədri
Şərh yazılmayıb.