Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır
Prezident cənab İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı iştirakı ölkəmiz üçün əlamətdar hadisədir. Belə ki, Cənab Prezident İlham Əliyev Əlcəzairin Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq qismində iştirakı, əslində ölkəmizə verilən yüksək qiymət və dəyərdir desək heç də yanılmarıq.Cənab Prezidentin Sammitdəki çıxışı isə bütün dünyaya Azərbaycanın əsl sülh carçısı olduğunu ikilistandartlara qarşı olduğunu və vahid dəyişməz mənafeyə xidmət edən siyasətiə sahiblənməsinin beynəlxalq kürsüdən bir ifadəsi idi. Eyni zamanda Prezident cənab İlham Əliyev Əlcəzair Milli Mücahid muzeyini ziyarət etmiş və xatirə kitabında öz ürək sözlərini bölüşmüşdür.Cənab Prezident burada Əlcəzairin qan yaddaşı olan soyqırımı,onun cinayətkarlarını qətiyyətlə pisləmiş və ölkəmizin bu cür qanlı hadisələrə qarşı çıxdığını açıq bəyan etmişdir. Azərbaycan Liderinin BMT Baş Katibi, Afrika İttifaqının sədri va İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Sammitində iştirakı ölkəmizə, onun Prezidentinə olan hörmətin, beynəlxalq aləmdə artmaqda olan böyük nüfuzunun göstəricisi idi.
Prezident cənab İlham Əliyevin Əlcəzairdən kolonial siyasətə, Fransa kolonializminə öz qəti münasibəti və aydın mesajları ilə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb. Əlcəzairə səfəri zamanı Prezident cənab İlham Əliyev həm də əsas fəlsəfəsini kolonializmə qarşı mübarizənin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri statusunda Fransa və onun cərgəsində yer alan ölkələrin əsl simasını ortaya qoydu. Böyük cəsarətlə Fransanın soyqırım törətdiyi bir ölkənin paytaxtında tarixi həqiqətləri bəyan etdi. Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Keçmişindən utanmayan Fransa qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxan ölkələr arasında da ilk yerdə qərarlaşıb. Tarixi gerçəkliklər isə tamam başqadır. Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
Şərh yazılmayıb.