SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
Azərbaycanla Rumıniya arasında bərqərar olan yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq iqtisadi sahədə də ikitərəfli əməkdaşlıq daim inkişaf edir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir.
2022-ci ilin iyun ayında Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirildi. İclasda 2021-ci ildə Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 31,3 faiz, 2022-ci ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artdığı diqqətə çatdırılıb.
Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 70-dən çox yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq deposu fəaliyyət göstərir. SOCAR-ın dost ölkədəki işgüzar komandasında yüzlərlə işçi çalışır. Azərbaycan şirkətinin Rumıniyadakı yanacaqdoldurma məntəqələri bu ölkənin Botoşan, Nyamts, Bihor, Buzau, Bakau, Timiş, İlfov, Kluj, Valcea, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və digər regionlarını əhatə edir.
Gülnar Musayeva – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.