Huquqaz.com

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

19.11.2024
2.347
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.

İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Azərbaycanın gücü milili birlikdədir. Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir. Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi. Ağdamın azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev 

 

 

Ağdam – Qafqazın Xirosiması

Ermənistan silahlı birləşmələrinin xarici havadarlarının dəstəyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindən azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti çox ağrılı bir məsələyə – təqribən 30 il müddətində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, insan adına sığmayan dağıntılara, bu ərazilərdə həyatın son izlərinin silinməsinə yönəldi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu bölgələrə səfərləri zamanı aparılan çəkilişlər, həm də Müdafiə Nazirliyinin azad edilmiş yaşayış məntəqələrindən nümayiş etdirdiyi video görüntülər bu yerlərin hansı zülmə məruz qaldığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq ictimaiyyət 44 günlük müharibədə möhtəşəm Qələbə qazanmış Azərbaycanın azad edilmiş torpaqlara qayıdış üçün böyük dirçəliş işinə başlamasının da şahidi oldu. İşğaldan azad olunmuş ərazilərdə törədilmiş genişmiqyaslı dağıntılara, düşmən tərəfindən xəritələri hələ də təqdim edilməmiş minalanmış ərazilərə baxmayaraq, bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə etdi. Əmin oldu ki, Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.

Ermənilərin də Azərbaycanın dilbər guşəsi Qarabağda törətdiyi vəhşiliklər, viranəyə çevirdiyi yaşayış məskənləri, dağıtdığı tarixi və mədəni abidələr bəzilərində bu yerlərin bərpasının qeyri-mümkünlüyü fikrini yaradır. Yəqin ki, Dağlıq Qarabağ və ətraf rayonlar ermənilər tərəfindən işğal edildikdən və yerli azərbaycanlılar etnik təmizləməyə məruz qoyulduqdan sonra doğma evlərinin həsrəti ilə yaşayan, lakin bu yerlərə dönmədən həyatını itirən azərbaycanlı uşaqlar da yox deyil. Yəqin ki, onların da özlərinə xas həyat hekayələri var.

Bu gün Xirosima özünün gözəl parkları və bağları, sərgi salonları və biznes mərkəzləri olan müasir şəhərdir. Qətiyyətlə demək olar ki, Ağdam da, Qarabağda yerləşən digər şəhər və kəndlərimiz də tezliklə belə gözəl və inkişaf etmiş yaşayış məskənlərinə çevriləcək. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, işğaldan azad edilmiş ərazilərdə quraşdırılacaq “Ağıllı məkan” layihələri bu yerlərin ən müasir yaşayış məskənlərinə çevirilməsinə səbəb olacaq.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

Şərhlər

Şərh yazılmayıb.