Huquqaz.com

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı

08.07.2024
4.445
Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı

Azərbaycanın Zəfər savaşından sonra qlobal arenada dəyişən məsələlərdən biri də Türk dövlətləri arasında inteqrasiyanı gücləndirməkdir. Bu gün beynəlxalq geosiyasi nizamda Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yerə və mövqeyə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan-Türkiyə qardaşlığının bu ittifaqın möhkəmlənməsində böyük rolu var. Birliyin siyasi ittifaqa çevrilməsinin əsasının məhz Azərbaycanda qurulması, Prezident İlham Əliyevin xarici siyasətə yönəlik mesajlarında TDT-yə xüsusi önəm verməsi bunun sübutudur.

Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Ötən ilin oktyabrında Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi Türk xalqları arasında əlaqələrin inkişafında yeni üfüqlər açıb və Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevrilib. Türkdilli ölkələrin zəngin tarixini nəzərə alaraq, regionda beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində üzv dövlətlər arasında körpü rolunu oynayan təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk torpaqlarına gözünü dikmiş güclərə göndərilmiş növbəti güclü mesaj oldu.

Prezident İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimində qətiyyətlə vurğulamışdı ki, bizim başqa ailəmiz yoxdur: “Bizim ailəmiz Türk dünyasıdır”.

Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu bildirərək diqqətə çatdırmışdı ki, Bakının siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır. Belə ki, Azərbaycan bugünlərdə təşkilatın katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Eyni zamanda, cari ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib və dövlət başçımız çıxışında bunu Türk ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu

Qarşıya qoyulan hədəflərə gedən yolda Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın ürəyində – Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm rol oynayacaq. Səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə də əhəmiyyəti artır. Bu, eyni zamanda, təşkilata üzv dövlətlərin və müşahidəçi dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, eləcə də iqtisadi potensialının genişləndirilməsinə xidmət edir.

Beləliklə, TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu. Bu tədbir Türk dünyasının Şuşadan dünyaya verdiyi barış və birlik mesajı idi.

Sammitin sonunda imzalanan Qarabağ  Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi. Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı. TDT-yə üzv ölkələrin liderləri ildə bir dəfə Dövlət Başçıları Şurasının qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifini alqışladılar. Bundan başqa, bəyannamənin Azərbaycan üçün strateji əhəmiyyəti həm ondan ibarətdir ki, sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır.

Bununla yanaşı, Qarabağ Bəyannaməsi qurumun qlobal arenada güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək və bu istiqamətdə atılacaq addımlar daha da intensivləşəcək. Təşkilat üzvü olan dövlət başçılarının ortaq mövqe sərgiləmələri xüsusilə diqqət çəkdi. Bu ortaq mövqenin Qarabağ Bəyannaməsində öz əksini tapması isə Türk əsrinin yüksəlişinin rəsmi təsdiqi olan mühüm sənəd kimi tarixə düşdü. Qütblərə bölünmüş dünyamızda bir olmağımız nicatımızdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Tarixi Zəfərimiz bütün sahələrdə, o cümlədən xarici siyasətdə mühüm yeniliklərə yol açdı.

Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Günümüzün reallıqları bunun təsdiqidir. Belə ki, iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirildi. Qazaxıstan Prezidentinin dəvəti ilə dövlət başçısı İlham Əliyevin Zirvə görüşündə iştirakı və çıxışı ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Qeyd edək ki, cənab İlham Əliyev birinci dəfə 2022-ci ildə Özbəkistan Prezidentinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Zirvə görüşündə iştirak etmişdi.

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilmiş görüşdəki çıxışında ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa olunmasını  xüsusi vurğuladı və bildirdi ki, bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Bugünümüzün əsas müzakirə mövzusunun Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyi olduğunu nəzərə alsaq keçirilən hər bir tədbirdə cənab İlham Əliyevin əsas diqqət yönəltdiyi məsələlərdən biri məhz bu olur. Astana Zirvə görüşündə də bu il ölkəmizdə keçiriləcək COP29-a hazırlıq kontekstində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinin önəmi qeyd olundu. Cənab İlham Əliyev bildirdi: “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.”

Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib: “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm.”

Görüşdə o da vurğulandı ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmiz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdi, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatı təsis edildi, habelə Qadın Platformasının da əsası qoyuldu.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Şuşa Zirvə görüşü də müzakirə olunan mövzular sırasındadır

Türk dövlətlərinin Şuşada bir araya gələrək gələcək hədəfləri müəyyənləşdirmələri, mühüm qərarları qəbul etmələri, ən əsası Qarabağ Bəyannaməsini imzalamaları qürurverici məqamlardır. Tarixi Zəfərimizdən sonra türkdilli ölkələrin dövlət başçılarının işğaldan azad edilmiş ərazilərə müxtəlif vaxtlarda səfərləri olub. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqama diqqət yönəldərək bildirdi ki, türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər: “Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.”

Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən geniş bəhs etməsin. Zirvə görüşündə də bir daha bu reallıqlardan bəhs etdi və vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir: “Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.”

Şuşa Zirvə görüşünün əsas mahiyyətini, qarşıda dayanan hədəfləri özündə ehtiva edən Qarabağ Bəyannaməsi də Şuşada imzalandı. Türk dövlətlərinin liderləri belə bir əminliyi ifadə etdilər ki, birgə səylərimiz nəticəsində  bənzərsiz Şuşanın  nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir.

Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarındaan biri budur ki, biz birlikdə güclüyük. Bu birliyin, həmrəyliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belə ki, Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab etdi və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verdi. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həmin birliyin daha da möhkəmləndirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istqamətdir. Prezident İlham Əliyevin  ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü də bunun  bariz nümunəsidir. Günümüzün əsas çağırışı Türk Dövlətləri Təşkilatının  dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsidir. Dövlətimizin başçısı bildirir ki, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya səfəri olsa da onların bu torpaqda bir araya gəlməsi qürurverici olmaqla yanaşı, özündə mühüm çağırışları ehtiva edir. Bu, türk dövlətləri arasında birliyin, qadaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatıdır. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında yer alan mühüm məqamlar, çağırışlar diqqət mərkəzindədir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara da diqqəti yönəltdi. Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan  hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon  dolları məbləğində vəsait köçürmüşdür. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalandı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Ökələr arasında əlaqlərin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın iqtisadi imkanlarına xüsusi diqqət yönəldərək əməkdaşlıq əlaqlərinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanlarının genişliyi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda  qarşıda dayanan  prioritet məsələlərdən biridir. Bu reallıqlar bir daha tədbir iştirakçılarına çatdırıldı ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi də iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki,  Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. İqtisadi əlaqələrdə enerji faktorunu nəzərə alsaq  bu sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar xüsusi diqqətdən keçirilir. Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi ölkəmizin malik olduğu imkanların təqdimatı olacaq.

Hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki,  Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.

 Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

İmzalanan Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək

Keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan reallıqlarının, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin, 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin beynəlxalq iqtimaiyyətə çatdırılmasında öz sözünü deyir. Prezident İlham Əliyev Zirvə görüşünə ev sahibliyi edən Şuşanın, həmçinin digər ərazilərimizin işğalından, Azərbaycan xalqının heç zaman işğalla barışmamasından, daim bu torpaqlara qayıtmaq arzularından geniş bəhs edərək hazırda işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, soydaşlarımızın Böyük Qayıdışının uğurla həyata keçirildiyini diqqətə çatdırıldı. Hazırda Füzuli, Laçın, Xocalı, Şuşa şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşublar. Bu gün Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir.

2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı,  2022-ci ilin  ölkəmizdə  “Şuşa İli”,  həmçinin  TÜRKSOY tərəfindən Şuşa şəhərinin  2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin,  türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan  Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir. Zirvə görüşündə liderlərin çıxışında da bu məqamlar xüsusi qeyd edildi ki, Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Belə bir əminlik də ifadə edildi ki, birgə səylərimizlə  bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək.

İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsdür

Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” müdrik kəlamının bariz nümunəsidir. Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya “Qarabağ Azərbaycandır!” reallığının nümayişi oldu. Bununla yanaşı, bu, həm Azərbaycanın beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi.

Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə toplantısından söhbət açan hüquq müdafiəçisi deyib ki, bu, türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Tanınmış hüquqşünas deyib ki, Şuşada keçirilən tədbirdə diqqət çəkən məqamlardan birinin türkdilli dövlətlərin başçılarının bu şəhərə Füzuli Beynəlxalq Aeroportu vasitəsilə gəlmələri olub. Qısa müddətdə tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Aeroportu artıq xarici ölkələrin başçılarını qəbul edir. Digər tərəfdən tədbir iştirakçılarının Prezident İlham Əliyevlə birlikdə Şuşaya gəzintiyə çıxan zaman sakinlərlə səmimi görüşləri və söhbətləri də diqqətdən yayınmadı. Şuşa azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya qucaq açıb.

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsdür: “Dövlətimizin başçısı dedi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ötən il Prezident İlham Əliyev TDT başçılarının hər birini COP29-a dəvət etdi

Sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Dövlətimizin başçısı bəyan etdi ki, onun Sərəncamı ilə 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır. Ölkə başçısı, həmçinin Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramının icra olunduğunu bildirdi. Dedi ki, Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.

Prezident İlham Əliyev TDT başçılarının hər birini COP29-a dəvət etdi. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir.

TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar.

Bu sənəd türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini özündə əks etdirir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.