Huquqaz.com

“Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirildi

11.10.2024
2.184
“Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region Gəncləri Üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində növbəti maarifləndirici görüşünü Zərdab şəhər 2 saylı məktəbdə keçirdi.
Qanunla.Az xəbər verir ki, ğörüşdə 30-a yaxın yeniyetmə iştirak etmişdir.
İlk öncə layihə rəhbəri Vəfa Xəlilli layihə, donor və təşkilat haqqında ətraflı məlumat verərək Karyera Planlaması Məktəbinin keçiriləcəyini iştirakçılara elan etdi.
Təlimçi Kəmalə xanım “Karyera Planlaması” mövzusunda təqdimat edərək yeniyetmələrə karyera planlaması zamanı diqqət yetirilməli əsas məqamları izah etdi. Təlimdə iştirakçılar, uzunmüddətli karyera planlaması üçün hansı addımların atılmalı olduğunu öyrəndilər və bu mövzuda praktik məsləhətlər aldılar. Tədbirin sonunda iştirakçılar onları maraqlandıran sualları təlimçiyə ünvanladı və detallı cavablar aldılar.
Layihənin əsas məqsədi region gənclərinin yumşaq bacarıqlarını inkişaf etdirmək və onlara effektiv karyera planlamasının əsaslarını öyrətməkdir.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Zərdab rayonunda 25 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Planlaması Məktəbi” təşkil olunacaq.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
image-dsc_0624 image-dsc_0621 image-dsc_0627 image-dsc_0633 image-dsc_0654
Şərhlər

Şərh yazılmayıb.