Huquqaz.com

Məktəbin yararlı olan dam örtüyü hansı zərurətdən yenisi ilə əvəz olunur?-FOTO

01.08.2023
1.959
Məktəbin yararlı olan dam örtüyü hansı zərurətdən yenisi ilə əvəz olunur?-FOTO

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbi təmirsiz və qəzalı vəziyyətdədir.

Zərdab rayon Əlibəyli kənd sakinlərinin Qanunla.az saytına şikayətləri əsasında bildirilib ki, təxminən iki il əvvəl  Rəsul Rza adına Əlibəyli kənd tam orta məktəbin dam örtüyü əsaslı təmir olunmuşdur. (Şəkildən göründüyü kimi)

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tapşırığına əsasən həmin dam örtükləri sökülərək yenisi ilə əvəz olunur. Halbuki buna ehtiyac yoxdu.

Məktəb binasının hazırki vəziyyəti ilə bağlı fotolardan da görünür ki həmin təhsil ocağında vəziyyət düşündüyümüzdən də acınacaqlıdır.Təmirsiz və şəraitsiz divarları, nəmli, döşəmələri çürük vəziyyətdədir.

Görüntülərdə məktəb binasının fasadının nəmişlikdən kif bağladığı və yararsız hala düşdüyü görünür. Eyni zamanda məktəb şagirdlərin istifadəsi üçün yararsız hala düşüb.

Sual yaranır: Bu qədər ağır durumu olan bir məktəbin istifadəyə yararlı olan dam örtüyü hansı zərurətdən yenisi ilə əvəz olunur?

Yaxşı olardı ki, həmin ayrılan vəsait məktəbin təmirinə ayrılardı.

Ümid edirik ki,aydiyyatı qurumlar məsələyə münasibət bilidirəcək.

Mövzuya yenidən qayıdacağıq

image-fa898f24-668e-4082-a5e7-bf226b4e98efimage-363597893_693951342604587_912664968936578530_nimage-9a568087-1d98-4366-817b-60cc32d80515image-b01045f9-2efa-4279-8ec9-8beef66c1d94image-93f478d8-534d-4b2f-8edc-d5a6c8fd3700image-741592d4-640d-408e-bb29-8e8f91d00b00image-686018b1-fd8e-486e-8baf-942883e0e9fdimage-aa293374-d02d-43ce-aea7-8a8b1e1f2c80image-74f77c85-8c9d-43f7-897a-0b8519804188image-c2f43573-287c-4bfc-99bf-0f94f3325e5f

Şərhlər

Şərh yazılmayıb.