Huquqaz.com

Ən effektiv reklam, görülən işin keyfiyyətidir ! – FOTO

24.08.2023
1.653
Ən effektiv reklam, görülən işin keyfiyyətidir ! – FOTO

DogruXeber.az: – Elə bu ayın əvvəlində, “İcra başçısı özünə yarım milyonluq maşın aldı” başlıqlı xəbər yerli mətbuatın gündəmində “bomba kimi partladı”.
Məlumatlarda deyilirdi ki, icra başçısı Elnur Rzayevin yeni aldığı avtomobilin markası “Range Rover”, qiyməti isə nə az, nə çox, düz 450.000 (dörd yüz əlli min) manatdır

O, “90-DK-500” dövlət qeydiyyat nişanlı yeni avtomobili qayınatası Sərdar Mehdi oğlu Hacıyevin adına rəsmiləşdirib. Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Anar Sabir oğlu Musayev isə etibarnamə əsasında həmin avtomobili idarə edir.

“İcra başçısı maaşı ilə yarım milyonluq avtomobil alan” gənc İcra başçısı bu addımı ilə xalqın, vəzifə kürsüsündə qocalan məmurların vəzifəsindən azad edilməsini və onları gənc kadrların əvəz etməsini tələb edən bəzi saf nümayəndələrinə “cavab şilləsi” kimi dəydi. Bununla da o sübut etdi ki, gənc məmurlar da lazım olduğundan “daha artıq bilgi”yə sahibdirlər. Yaşlıların illər ərzində təkmilləşdirə-təkmilləşdirə gətirdiyi “gəlir yollarının xəritəsini” gənc məmurlar əzbər bilirlər.

Yeri gəlmişkən, məlumat yayımlandıqdan qısa müddət sonra deyəsən Xaçmaz rayon icra hakimiyyəti başçısı haqqında “reklam kompaniyası”na “start” verildi . Belə ki, bəzi sosial şəbəkələrdə bəzi yerli idarələrin səhifələri başladılar davamlı “bəyi tərifləməyə”.

Fotolara diqqət edin:

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

 

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

 

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Sanki, “pis oxuyan ibtidai sinif şagirdinin xətti ilə” yazılmış bu bərbad cümlələrdən adama elə gəlir ki, cümlələr də yalan danışmağa utanır.

Şəhid ailələrini ziyarət etmək də, şəhərin “reklam mətni”ndə deyildiyi kimi, “tməziliyi”nə (təmizliyinə) nəzarət də, “söküntülü” (sökülmüş, dağılmış) yerlərin təmiri də bütün rayon rəhbərlərinin vəzifə borcudur.

Amma, Elnur Rzayevin şəhid evindəki “fotosessiya”sına baxanda bir anlıq düşündüm ki, bəlkə də icra başçılarından diqqət görmək üçün birinci onların maddi ehtiyacları təmin olunmalı, ikincisi də “ölmək lazımdır”.

Yox, sözüm sizə qəribə gəlməsin, sözümün canı var.

Xatırlayırsınızsa, bir neçə ay əvvəl “DogruXeber.az” informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən “Kanal14″ün canlı efirində Xaçmaz rayon Tikanoba kənd sakini Şanı Həsənovun işsizliyi və pay torpağı olmadığından gileylənirdi. Həmçinin küçələrinin bərbad olması, küçədə işıq xətlərinin təhlükə saçdığından danışmışdı.

Şanı Kimdir?!

Həsənov Şanı Gülbala oğlu.
12.08.1996-cı ildə Xaçmaz rayonunun Tikanoba kəndində doğulub.
2014-2016-cı illərdə həqiqi hərbi xidmət müddəti keçib.
21.09.2020-ci il tarixində yenidən könüllü olaraq cəbhəyə yollanıb.
Fizuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə xüsusi fəallıqla döyüşüb.
Döyüşlər bitənə qədər xidmətini davam etdirib.
Hərbi vəzifəsi: Rabitə Manqa Komandiri.
31.12.2020 tarixində tərxis olunub.

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Ən  effektiv  reklam,  görülən işin keyfiyyətidir ! -  FOTO

Şükürlər olsun ki, müharibənin sonuna qədər döyüşən bu qəhrəman oğlan sağdır, amma özü demişkən, sadəcə yaşayır.
İş yox… torpaq yox…

Görünür bu oğullar üçün işğal altındakı 20 faiz torpaqlarımızı düşməndən geri almaq, yerli bələdiyyələrdən, yerli icra hakimiyyətindən 5-10 sot torpaq almaqdan asan imiş.

44 günə respublika ərazisinin 20 faizini geri aldılar, amma 3 ildir ki, təsərrüfatla məşğul olmaq üçün, yaxud bir balaca dam tikmək üçün torpaq hələ də ala bilmirlər…

Mövzuya yenidən qayıtdıq ki, Xaçmaz rayon rəhbərliyinin yadına salaq bu igidi və yenə də nəticə gözləyək.

Ağa ağ, qaraya qara deyən “DogruXeber.az” nəticə nə olursa-olsun, olduğu kimi dərc edəcək.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman

Şərhlər

Şərh yazılmayıb.