Huquqaz.com

AZƏRBAYCAN İQTİSADİYYATI ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA İNKİŞAF ETMƏKDƏDİR!

29.09.2024
1.794
AZƏRBAYCAN İQTİSADİYYATI ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA İNKİŞAF ETMƏKDƏDİR!

AZƏRBAYCAN İQTİSADİYYATI ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA İNKİŞAF ETMƏKDƏDİR!

Cənab Prezident İlham Əliyevin iştirakı ilə  keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkə başçısı Azərbaycanın iqtisadi hədəflərini açıqlayaraq ciddi mətləblərə toxundu. Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar strategiyası miqyasına görə olduqca genişdir. Ötən 21 il ərzində Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınıb, həm də daha sürətlə dəyişən ölkə imici qazanıb. Bu, dünya miqyasında çox az rast gəlinən nümunədir. Bu model çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühit yaradılıb.  Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Cənab Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir. Dövlət başçısının xalqın qəhrəmanı, hərbi sərkərdəsi olması onun intellektual potensialından və səriştəli idarəetmə bacarığından irəli gəlir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb, təhsildə özəl sektor formalaşıb. Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Azərbaycanın iqtisadi inkişaf tempi dinamikdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar strategiyası miqyasına görə olduqca genişdir. Və bu gün ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsallaşdırılması, özəl sektorun rolunun gücləndirilməsi və investisiyaların cəlb olunması üçün əlverişli mühit yaradılıb. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış uğurlu addımlar və düşünülmüş islahatların nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu olacağından xəbər verir: Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. Qeyd etmək zəruridir ki, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf strategiyasının bütün sahələrdə uğurla həyata keçirilməsi Azərbaycanın nailiyyətlərini şərtləndirən amillərdəndir.

Cənab Prezident gələcəkdə də Azərbaycanın hərbi potensialının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhsil və digər sosial sahələrdə dövlət xərclərinin artırılmasının ölkənin həm daxili, həm də xarici siyasətində mühüm amillərin olduğunu bir daha vurğuladı. Cənab Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın uzunmüddətli iqtisadi və sosial sabitliyini təmin etmək məqsədi ilə bu günə qədər atdığı addımları və bu istiqamətdə gördüyü tədbirləri bir daha aydın şəkildə əks etdirir. Və cənab Prezidentin bu çıxışı, Azərbaycanın gələcək illər üçün iqtisadi yol xəritəsi kimi qiymətləndirilə bilər. Çıxışda vurğulanan məqamlar strateji hədəfləri və ölkənin iqtisadi inkişafını təmin etmək üçün atılacaq addımları aydın şəkildə ortaya qoyur.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova

Şərhlər

Şərh yazılmayıb.