Huquqaz.com

İqtisadi tərəqqi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

22.04.2023
1.724
İqtisadi tərəqqi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

İqtisadi tərəqqi regionların dayanıqlı inkişafında özünün aydın ifadəsini tapır

“İqtisadi tərəqqi ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində uğurla inkişaf etdirərək qarşıda geniş imkanların mövcud olduğunu bildirdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya qoyulan əsas hədəflər sırasında idi. Bunun üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramı təsdiqləndi və uğurlu icrası növbəti sənədlərin qəbulunu zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri hədəflərə hansı səviyyədə nail olduğumuza, verilən tapşırıqların icrasına işıq salır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu. Səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda  “ASAN xidmət” mərkəzinin açılışında iştrak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Hər bir səfər vətəndaş məmnunluğunun artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir.

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, eyni zamanda, növbəti tövsiyələr verilir. Bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”

Azərbaycan ilklərə imza atır, daim yeniliklərə,  təkmilləşməyə üstünlük verir: “Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın tətbiq etdiyi  müasir idarəetmə üsulundan, dünyaya səs salan “ASAN xidmət”in üstünlüklərindən, məqsəd və məramından bəhs etdi. Sayca 25-ci olan   Salyan “ASAN xidmət” mərkəzi istifadəyə verildi. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir. Azərbaycan bu ölkələrə metodik dəstək verir. Son 10 il ərzində “ASAN xidmət”ə 61 milyon müraciət olub. “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab, dönüş nöqtəsi idi. Hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” intellektual məhsulumuzun bir nümunəsidir. Azərbaycan artıq intellektual məhsul ixrac edir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu yeniliklər öz əksini tapır. “ASAN xidmət” mərkəzlərinin yaradılması əsas hədəflər sırasındadır.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor

 

 

Cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir

 Dövlət başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində əsas diqqət göstərdiyi məsələlərdən biri də 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin  normallaşmasına xidmət edən sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin göstərdiyi səylər oldu. Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Hər iki kəndin timsalında gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntıları hazırda  quruculuq işləri əvəzləyir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Cari ilin sonunadək laçınlıların Laçına qayıdışı nəzərdə tutulub.  Zabux və Sus kəndlərinə də ilin sonuna qədər keçmiş köçkünlər qayıdacaq. Həmçinin Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Ikinci yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Digər işğaldan azad edilmiş ərazilərdə də bərpa-quruculuq işləri uğurla davam etdirilir. Bütün bunlar göstərir ki, planlarımız, məqsədlərimiz real həyatda öz əksini tapır və tapacaqdır.

Cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.”

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycanın iqtisadi qüdrətinin mühüm göstəricilərindən biri də bölgələrin inkişafıdır

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasını birbaşa diqqətdə saxlaması bu sahədə uğurları şərtləndirən başlıca amillərdən biridir. Hərbi və diplomatik müstəvidə ölkəmizin yüksəlişini təmin edən dövlət başçısı bu gün işğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işləri, “Böyük Qayıdış” Proqramının yerinə yetirilməsi ilə yanaşı, digər bölgələrin də inkişafını daim diqqət mərkəzində saxlayır.

Dünyanın qeyri-sabit siyasi durumu, iqtisadi-sosial böhranın hökm sürdüyü halda Azərbaycanda görülən işlər, inkişaf strategiyası hər kəs tərəfindən heyrətlə qəbul olunur. Bu baxımdan Prezidentin Neftçala və Salyan rayonlarına səfəri də ölkə üzrə geniş inkişaf proqramının tərkib hissəsi idi.

Dövlətimizin başçısının səfəri zamanı açılışı edilən obyektlər həm respublika iqtisadiyyatı, həm də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısının Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsi zamanı mühüm mesajlar verməsi də xüsusi diqqət çəkdi. Müsahibədə səslənən fikirlər yerli və xarici politoloqlar tərəfindən böyük maraqla qarşılandı.

Prezident ilk olaraq işğaldan azad olunan ərazilərimizdə genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinə toxunaraq hər şeyin plana uyğun şəkildə getdiyini, işğal dövründə xarabalığa çevrilmiş yaşayış məskənlərimizdə müharibədən dərhal sonra sürətli quruculuq prosesinin başlanıldığını qeyd etdi. Bunun nəticəsi olaraq iki yaşayış məntəqəmiz olan Ağalı və Talış kəndlərində hazırda keçmiş köçkünlərimiz yaşayır. Prezident diqqətə çatdırdı ki, yenidən müasir standartlara cavab verən bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında gələcək Qarabağın və Şərqi Zəngəzurun siması yeniləşən Ağalı və Talış kəndləri kimi olacaq.

Dövlətimizin başçısı keçmiş köçkünlərlə bağlı dövlətimizin planlarını şərh edərək ilin sonuna qədər nəzərdə tutulduğundan da artıq – 700-dən çox ailənin Laçın şəhərində yerləşəcəyinin anonsunu verməklə, əslində, Azərbaycan dövlətinin qüdrətini bir daha nümayiş etdirdi. Prezident təkcə Laçında deyil, paralel olaraq Şuşa, Ağdam, Füzuli, Zəngilan və işğaldan azad edilmiş digər yurd yerlərimizdə də quruculuq işlərinə toxunaraq bəyan olunan bütün məqsədlərin həyatda öz əksini tapacağını növbəti dəfə bəyan etdi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan Prezidentinin müsahibəsində verdiyi mesajlar tam mənada ölkəmizin gücünün və gələcək hədəflərinin ifadəsi idi

 Müsahibədə sülh danışıqları ilə bağlı məsələyə aydınlıq gətirən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan tərəfindən irəli sürülmüş sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edir. Bütün bunlardan sonra sülh müqaviləsi imzalana bilər və düşünürük ki, Ermənistan ölkəmizin yanaşması ilə razıdır.

Prezident Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu, lakin separatçıların buna maneə törətdiyini diqqətə çatdırmaqla, bir neçə gün bundan əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində nifrət və düşmənçiliyin davamı olaraq dövlət bayrağımızın yandırılmasına da sərt münasibət bildirdi. Qeyd olundu ki, Ermənistan rəhbərliyinin gözü qarşısında belə rəzil hadisənin baş verməsi və buna reaksiya göstərilməməsi onun sübutdur ki, bu çirkin əməlin müəllifi məhz rəsmi İrəvandır. Prezident qətiyyətlə bildirdi ki, bu gün Azərbaycan bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda, yüzlərlə işğaldan azad olunmuş kəndlərimizdə, Zəngəzurda dalğalanır. Azərbaycan lideri həmin yerlərdə onlar bayrağımıza nəinki yaxınlaşa bilmir, hətta uzaqdan baxmağa da cəsarətləri yoxdur bəyanatı ilə düşmən ölkəyə yerini göstərməklə yanaşı, bizə azərbaycanlı olmağın xoşbəxtliyini, qürurunu yaşatdı.

Azərbaycan Prezidentinin müsahibəsində verdiyi mesajlar tam mənada ölkəmizin gücünün və gələcək hədəflərinin ifadəsi idi. Burda səslənən fikirlər Azərbaycanın geosiyasi maraqlarını açıq şəkildə ortaya qoymaqla, həm də beynəlxalq ictimaiyyətə dövlətimizin siyasi və iqtisadi strategiyasını bəyan etmiş oldu. Bütün məsələlərdə beynəlxalq hüququn normalarını və suveren hüquqlarımızı əsas götürən dövlətimizin başçısı qarşıya qoyulmuş məsələlərdən imtina edilməyəcəyi ilə bağlı qətiyyətini bir daha ortaya qoydu. Prezident İlham Əliyev regionun lider dövləti olaraq Azərbaycan Respublikasının milli maraqlarını qorumaq və hər kəsin bu maraqlarla hesablaşmaq məcburiyyətində olduğunu qəti şəkildə bildirmiş oldu. Bir sözlə, dövlətimizin başçısının verdiyi mesajlar hər şeydən öncə Azərbaycanın inkişafının və qüdrətinin tam mənada konsepsiyası sayıla bilər.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Qarababağı işğaldan azad edəcəyimizə və geri qayıdıb orada yenidən yaşayacağımıza olan inamımızı qıra bilmədi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala və Salyan rayonlarına səfər etdilər. Bu səfər bir neçə məqam üzərində xüsusi dayanmağa və onları dəyərləndirməyə imkan verir. 44 günlük Vətən müharibəsindən sonra Prezidentin və Birinci xanımın ölkəmizin bölgələrinə səfərləri arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üstünlük təşkil edir. Bu da təbiidir. Çünki üç onillik ərzində Qarabağ həsrəti və Qarabağa qayıtmaq arzusu ilə yaşamışıq. Amma ermənilər işğal dövründə torpaqlarımızda elə vəhşilik edib, elə dağıntılar törədiblər ki, şəhər və kəndlərimizin mütləq əksəriyyətini indi sıfırdan qururuq. 30 il boyunca dədə-baba yurdlarının həsrəti ilə mənəvi iztirablar içində yaşayan keçmiş məcburi köçkünlərin öz doğma obalarına tez bir zamanda qayıtmaq istəyi isə həm təbii, həm də qürurvericidir.

Ermənistan və hamiləri bu illər ərzində elə düşünürdülər ki, 2020-ci ilə qədərki status-kvonun ömrünü uzatmaqla tarixi torpaqlarımızı biz azərbaycanlılara, ilk növbədə, məcburi köçkünlərə unutdura biləcəklər. Amma onların bir çox başqa məkrli planları kimi, bu iyrənc gözləntiləri də baş tutmadı. Heç bir məhrumiyyət, 30 il ərzində doğma torpaqlarımızdan fiziki olaraq ayrı düşməyimiz belə, Qarababağı işğaldan azad edəcəyimizə və geri qayıdıb orada yenidən yaşayacağımıza olan inamımızı qıra bilmədi. Çeşidli təhdid və təzyiq cəhdlərinə, bəzi xarici dairələrin açıq və gizli maneələrinə baxmayaraq, Prezident İlham Əliyev Qarabağı düşmən tapdağından qurtarmağı özünün əsas vəzifəsi kimi qəbul etdi və tarixi missiyasını onun gerçəkləşdirilməsində gördü. Azərbaycan Prezidenti bu illər ərzində mövqeyindən geri durmayacağını hər fürsətdə bədxahlarımıza, Ermənistana və onun havadarlarına açıq şəkildə nümayiş etdirdi. 2020-ci ilin noyabrına qədər Prezident öz tarixi missiyasını “Qarabağ Azərbaycandır və nida“ bəyanatını şüardan reallığa çevirməkdə görürdüsə, indi onun əsas hədəfi Qarabağa Böyük Qayıdışı təmin etməkdən ibarətdir. İşğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri, onlara xərclənən milyardlarla vəsait xalqımızın ən böyük arzusunun gerçəkləşməsinə xidmət edir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Cənab Prezident İlham Əliyev: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfəri həm də bu mənada xüsusi əhəmiyyət kəsb edir. 12 min 848 kvadratmetr sahəsi olan 770 tamaşaçı tutumlu Neftçala Olimpiya İdman Kompleksinin, 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, Neftçalanın üç yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda Heftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışı bir daha təsdiq edir ki, regionların inkişafı ilə bağlı layihələr heç bir çətinliyə baxmadan, davamlı şəkildə icra olunmaqdadır. Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatı isə istər iqtisadi nöqteyi-nəzərdən, istərsə də yeni iş yerlərinin açılması baxımından yerli əhali üçün olduqca əhəmiyyətlidir. Prezident və Birinci xanım elə həmin gün Salyan rayonunda 80 çarpayılıq Mərkəzi Xəstəxananın Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Ən müasir tələblərə cavab verən bu xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binasından və digər tikililərdən ibarətdir. Xəstəxana əhaliyə ən yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsinə təminat verir. Dövlətimizin başçısı Salyan rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışını da etdi. Əsasən Salyan, Neftçala, Biləsuvar və Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək “ASAN xidmət” mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Bu səfərin nəticələri bir daha deməyə əsas verir ki, işğaldan azad olunmuş torpaqlarımızla yanaşı, digər regionların iqtisadi inkişafı ilə bağlı olan planlar da təxirə salınmadan icra edilir. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində regionlara səfərlərinin digər mühüm bir cəhətinə də xüsusi diqqət yetirdi: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Cənab Prezident müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb

Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlətimizin başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi. Əsas hədəflər sırasında regionda sülhün təmin olunması, işğaldan azad edilmiş ərazilərimizin bərpası da xüsusi yer tutur.

Cənab Prezident müsahibəsində Ermənistanın razılaşmalara əməl etmədiyini, qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini xatırladıb. Sülh danışıqlarına gəlincə, dövlətimizin başçısı “Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Biz bəri başdan bəyan etmişdik ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər” deyib. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.

Eyni zamanda, Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrin nəzərinə çatdırıldı ki, Qarabağ tarixi torpağımızdır, bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər. Cənab Prezidentin dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.

Dövlət başçısı müsahibəsində Böyük Qayıdışla bağlı da görülən işlərlə bağlı fikirlərini səsləndirdi.  Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb. Bu yöndə xeyli işlər görülüb. Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndiə əhali köçürülüb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Çox sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Cənab Prezidentin dediyi kimi, bu ilin yay aylarında 700-dən çox ailə Laçın şəhərinə köçürüləcək. İlin sonuna qədər isə adını çəkdiyimiz kəndlərə qayıdış baş tutacaq. Bütövlükdə, görülən işlər ən müasir standartlara uyğundur. Əminliklə demək olar ki, Qarabağ və Şərqi Zəngəzur tezliklə cənnətə çevriləcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

“Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir

Azərbaycan Prezidentinin Neftçala və Salyan rayonlarına səfər etdiyi gün Ermənistan baş naziri N.Paşinyanın bir neçə bəyanat verdiyini, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirdiyini deyən deputat vurğulayıb ki, bu bəyanat, ilk baxışdan Ermənistan rəhbərliyinin haqq yoluna qayıtdığı təəssüratını yaratsa da, çox təəssüf, növbəti dəfə alayarımçıqlığı və ikibaşlı söz oyunu ilə diqqət çəkdi. Çünki N. Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Qarabağdakı etnik erməni azlığının hüquq və təhlükəsizliyinin qorunması məsələsində Bakı və Xankəndi arasında hansısa beynəlxalq missiyanın iştirak etməli olduğunu dilə gətirir. Başqa sözlə, onun birinci bəyanatı ilə ikinci absurd təklifi arasındakı kəskin ziddiyyəti və hiyləgər gedişi görməmək mümkün deyil. Paşinyan, faktiki olaraq, ölkəmizin öz əraziləri üzərindəki suveren haqlarını yenidən şübhə altına alır, erməni separatçılarının qondarma rejiminə beynəlxalq münasibətlərin subyekti statusunu qazandırmağa uğursuz da olsa, yenə cəhd edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi bu fikir həm Paşinyanın saxta sülhsevər mövqeyinə, həm də bunun arxasında dayanan hamilərinə ən tutarlı və ədalətli cavabdır: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”. Dövlətimizin başçısı Ermənistan baş nazirinin beynəlxalq missiya ilə bağlı təxribat xarakterli təşəbbüsünü də cavabsız qoymadı: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar… Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”.

Azərbaycan Prezidentinin beynəlxalq hüquqa söykənən və əlavə şərhə, fərqli təfsirlərə yer qoymayan bu bəyanatı, heç şübhəsiz, Ermənistan rəhbərliyi üçün o deməkdir ki, “A” deməyə necə məcbur olubsa, “B”-ni ifadə etməkdən də qaça bilməyəcək. Ola bilsin ki, hamilərinin göstərişi ilə bir müddət də vurnuxsun, amma sonda “B”-ni də deməyə məcbur olacaq. Çünki Azərbaycanın tələbi və istəyi beynəlxalq hüquqa, fundamental beynəlxalq prinsiplərə və tarixi ədalətə söykənir. Prezident İlham Əliyevin ağır atletika üzrə İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı vandallıq aktına münasibəti də fərqli yozumlara yer qoymadı: “Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var… Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir… Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Sülh gündəliyinin və yeni əməkdaşlıq formatının müəllifi

Dövlət başçısı İlham Əliyevin Salyan şəhərində “ASAN xidmət” mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsi həm ölkə daxilində görülən işlərə, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq saldı, Azərbaycan dövlətinin  xarici siyasətinin dəyişməz prinsipləri bir daha önə çəkildi: “İki ildən artıqdır ki, Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Ermənistanın hələ də konkret addım atmadığı diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev müsahibədə bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. İki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələr baş verdi. Azərbaycan dəfələrlə göstərib ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Ölkəmizin niyyəti tezliklə sülh müqaviləsinin imzalanması, Azərbaycanla Ermənistan arasında qarşıdurmaya son qoyulmasıdır. Bu, regionda davamlı sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün vacib amillərdən biridir. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatının müəllifidir. Ədalətin, beynəlxalq hüququn yanında olduğunu hər bir addımı ilə təsdiqləyir.

Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda öz daxili imkanlarımız hesabına görülən işlərdən geniş bəhs edərək iqtisadi gücümüzü əsaslı şəkildə diqqətə çatdırdı. İqtisadiyyatın aynası olan dövlət büdcəmizə əlavələrdən bəhs edən cənab İlham Əliyev qeyd etdi ki, bu əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq.  Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər, təhlükələr artır. Azərbaycan İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etdi. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. İstənilən vəziyyətə hazır olmalıyıq. Əsas hədəf elə bir ordu yaratmaqdır ki, dünya miqyasında nümunəvi və ən güclü ordulardan biri olsun.

44 günlük İkinci Qarabağ müharibəsində həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu, eyni zamanda, hərbçilərimizin peşəkarlığını, öz hərbi potensialımızı göstərdik. Azərbaycan daim irəli baxır. Yeni-yeni hədəflərə nail olaraq daha da güclənir, qüdrətlənir. Möhkəm təməl ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən 30 illik işğaldan sonra sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

 

Ölkəmiz dinamik şəkildə inkişaf edir

Ölkəmizin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir.

Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.

Ölkəmiz dinamik şəkildə inkişaf edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.

Salyanda açılan “ASAN xidmət” mərkəzi regionlarda dinamik inkişafın bir nümunəsidir. Sayca 25-ci mərkəz olan “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi, “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.

Bu gün ölkəmiz dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verməyə çalışır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynamış, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmişdir.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir, ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.

Bir sözlə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun son 20 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.