Huquqaz.com

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri

16.12.2022
1.806
Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri.

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyasına ölkənin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insan gəlir.  Aksiyanın keçdiyi ərazidə, işğaldan azad olunmuş bütün torpaqlarda olduğu kimi, Azərbaycan bayraqları ucaldılıb. Aksiya iştirakçılarının alqışları ilə üçrəngli bayraq bura gətirilən tikinti kranının vasitəsilə dalğalandırılıb.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın yolunda aksiyanı davam etdirir. Dekabrın 14-də aksiya keçirilən əraziyə böyük Azərbaycan Bayrağı gətirilib. Etirazçılar tələb irəli sürərək bildiriblər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir. Aksiya iştirakçıları, həmçinin “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Gözlənildiyi kimi, erməni tərəfi budəfəki dinc və qanuni aksiyamızı da dünya ictimaiyyətinə öz bildikləri kimi, saxta məzmunda təqdim edir. Hətta oyuncaq rejimin oyuncaq “parlamenti” erməni sırtıqlığı ilə əlüstü BMT Təhlükəsizlik Şurasına (TŞ) məsələnin təcili müzakirəsi üçün müraciət də edib.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

Ekoterrorizm

Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, vandallıq, ekoloji terror göz qabağındadır. Azərbaycanın humanizm addımlarına baxmayaraq, daim öz xislətlərinə uyğun davranırlar. Məğlub ölkə olaraq kapitulyasiya aktını imzaladıqdan sonra onlara verilən vaxt ərzində Kəlbəcəri, Laçını tərk edərkən belə evləri, meşələri yandırdılar. Hər dəfə məğlub olduqda həm hərbi, həm də danışıqlar masasında uduzduqlarını gördükdə, belə alçaq əməllərə əl atan ermənilər hər şeydən əvvəl insanlıqdan kənar olduqlarını göstərirlər. Heç insan gözəllikləri, təbiəti məhv edərmi? Amma vandallar bunu edirlər. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi növlərə aid olan qiymətli meşələri məhv edir. Təbii ki, ermənilərin ekoloji terroru yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda Ermənistan ərazisindən keçərək gələn, həmçinin Qarabağ və Şərqi Zəngəzurda yerləşən çayların çirkləndirilməsi, təbiətə vurulan digər ziyanlar da ekoterrorizmi açıq-aydın göstərir. Bu illər ərazində çirkləndirilmə nəticəsində çayların suyu yararsız hala düşüb.

44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra ərazilərimizin bərpası istiqamətində sürətli işlərə başlanılıb. Prezident cənab İlham Əliyevin birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri həyata keçirilir. Eyni zamanda təbiətə vurulmuş ziyanın miqyası ölçülür, çayların çirklənmə səviyyəsi öyrənilir. İndiyədək aparılan təhlillərə görə, ən çox çirklənmə Oxçuçayda qeydə alınıb. Transsərhəd çay Ermənistan ərazisində daim çirklənməyə məruz qalıb. Belə ki, çayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Aparılan araşdırmalar zamanı Oxçuçayın çirklənmə səbəbinin Qafan və Qacaran dağmədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılması ilə bağlı olduğu müəyyənləşib. Çirklənmə səviyyəsi normadan dəfələrlə artıq olduğu üçün Oxçuçayın suyu yararsız hesab edilir. Çayın suyundan istifadə insan sağlamlığı üçün zərərlidir və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Amma əzəli, tarixi torpaqlarına qayıdanlar yenidən quraraq, yaradaraq, əkərək, becərərək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəklər. Uzaq deyil… Yenidən bu ərazilərimiz yaşıllığa bürünəcək, orada təbiət, həyat canlanacaq.

Zərdab rayon Qaravəlli kənd tam orta  məktəbin direktoru- Əliyeva Kəmalə

 

 

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri .

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri axşam ərazidə quraşdırılan çadırlarda gecələyirlər. Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər. Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 Zərdab rayon  Qaravəlli kənd tam orta məktəbin müəllimi- Xəlilova Əfsanə

 

 

Aksiyanın obyektivliyi.

Bir neçə gündür Şuşa – Laçın yolunda ölkəmizin təbii sərvətlərinin talan olunmasına etiraz aksiyaları davam edir.Bu etiraz aksiyası Azərbaycanda əsl vətəndaş cəmiyyətinin təzahürüdür.Beləki müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdə təbii sərvətlərimizə sahib çıxan vətəndaşımız oradakı qeyri qanuni fəaliyyətə dinc və sivil yolla öz etirazını bildirir . Ekoloqlar, qeyri hökumət təşkilatları fəalları və sadə vətəndaşların iştirak etdiyi aksiyalar tam qanuna uyğundur və onlar hüquq və azadlıqlarından istifadə edirlər.Bu aksiya bir daha ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğunun bariz nümunəsidir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri.

Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsə də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.

Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.

Zərdab rayon Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun.

 

 

Ekoterrorizm.

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi etiraz aksiyası davam edir. Ölkənin ərazi bütövlüyünün müdafiəsi və Azərbaycanın təbii resurslarının qanunsuz istismarının dayandırılması ilə bağlı ədalətli tələblərə dəstək olaraq ölkənin müxtəlif bölgələrindən getdikcə daha çox insan gəlir.

İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarmışdır. İşğal olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kökünün kəsildiyinin şahidi olacağımız qaçınılmazdır.

Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Ermənistanın birbaşa işğalı altındadır və bunlar həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə olunur.

Zərdab rayon  Şəftəhal kənd tam orta məktəbin müəllimi- Qocazadə Xalidə

 

 

Rəsmi İrəvanın qərəzli iddiaları əsassızdır.

Azərbaycanın qeyri-hökümət təşkilatlarının və ekologiya fəallarının son günlərdə haqlı olaraq Laçın-Şuşa yolunu bağlaması, qarşı tərəfin heç bir əsası olmayan, başdan-başa qərəz dolu iddialarına səbəb olmuşdur. 44 günlük müharibədən sonra “Üçtərəfli Bəyanata“ əsasən Qarabağın ermənilər yaşayan hissəsində müvəqqəti rus “sülhməramlıları” yerləşdirilməli idi. Sülhməramlı kontinget həm azərbaycanlıların, həm də ermənilərin təhlükəsizliyini təmin edəcəkdir. Ancaq son iki il ərzində “sülhməramlı” qüvvə ermənilərə hər bir şərait yaratsa da, azərbaycanlıların bu torpaqlara keçməsinə əngəl olmuşdur. Ermənilərə yaradılan sərbəstlik qısa zaman ərzisndə Qarabağda yenidən separatizmin alovlanmasına, ermənilərin sərsəm xəyyallar qurmasına gətirib çıxarmışdır. Ermənilər yenidən Azərbaycan torpaqlarında qanunsuz olaraq faydalı qazıntı yataqlarını, təbii sərvətlərini istismar etməyə başlamışdır. Bundan əlavə Vardanyan adlı bir milyarderin Qarabağa gətrilməsi və qanunsuz fəaliyyəti yenidən münaqişənin alovlanmasına və danışıqların ləngiməsinə səbəb olmuşdur.

Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etsə də qarşı tərəf bütün bunlara əhəmiyyət verməmişdir. Bir neçə gün öncə Ekologiya və Təbbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan ərazilərində aparılmış ekoterrorun qarşısını almaq və yoxlamalar aparmaq üçün Qarabağ iqtisadi rayonunun Xankəndi və Xocalı ərazilərinə gedərkən rus “sülhməramlıları” tərəfindən əraziyə buraxılmamışlar. Bu hadisə haqlı olaraq Azərbaycan xalqının ciddi narazılğına səbəb olmuşdur. Bundan sonra ekofəallar və bir çox qeyri-hökümət təşkilatları Laçın-Şuşa yolunda etiraz aksiyasına başlamışlar. Aksiya iştirkaçıları rus “sülhməramlılarının” komandanı Volkovu tələb etmişlər. Ancaq Volkov etirazçıların önünə çıxmaqdan imtina etdiyi üçün etirazçılar çadırlar quraraq oturaq aksiya keçirtməyə davam ediblər. Hazırda aksiyalar davam etməkdədir.

Rəsmi İrəvan Qarabağda baş verən son hadisələrdə hər imkanda Azərbayacanı günahlandırmağa çalışmış və dünya ictimaiyyətini çaşdıracaq əsassız iddialarla çıxış etməyə başlamışlar. Ermənistanın baş naziri N. Paşinyan qeyd etmişdir ki, guya Azərbaycan Qarabağda yaşayan erməni əhalini blokada şəraitində saxlayır. Halbuki, Azərbaycan öz vətəndaşları olan erməni əhalini Xankəndi və başqa ərazlilərdə fasiləsiz qaz və elektirik enerjisi ilə tam təmin edir. Xankəndinə gələn bütün humanitar yüklər tam maneəsiz mənzil başına çatır.

Azərbaycan tərəfi daim Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını müdafiə edir, onlara ən yüksək yaşayış şəraiti yaradacağına söz verib və bu sözünə əməl edir. Aksiyaçılar tələblərini daha da dəqiqləşdirmiş, rus “sülhməramlılarının” öz mandatları daxilində hərəkət etmələrinə çağrış etmişər. Etirazçılar haqlı olaraq Azərbaycan torpaqlarının qanunsuz istismar edilməsinin, Qarabağda separatizmin qarşısının alınmasına etiraz səslərini ucaltmaqda davam edirlər. Burada məqsəd heç bir münaqişə ocağının yaranmasına deyil, əksinə xalqların birgə mehriban yaşaması ideyasını təbliğ edir.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin  müəllimi- Məmmədov Eşqin

 

 

Şuşa-Laçın yolunda təşkil olunmuş etiraz aksiyasının səbəbləri və məqsədləri.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bu məsələdə rəsmi İrəvanın iddiaları tam olaraq əsassızdır. Azərbaycan məsuliyyətli ölkədir.Bu nöqteyi nəzərdən ərazilərimizdə yaşayan ermənilərin bütün humanitar ehtiyaclarını qarşılamağa hazırdır…

 Zərdab rayon Bəyimli qəsəbə tam orta məktəbin direktor əvəzi-Fuad Pənahov

 

 

Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının  üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur.

Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialar əsassızdır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa mane olmur  və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.

 Zərdab rayon Xasa kənd ümumi orta məktəbin direktoru-Marusa Qasımova

Şərhlər

Şərh yazılmayıb.