Huquqaz.com

Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır

26.09.2024
2.999
Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır

Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.

Prezident cənab İlham Əliyev 2024-cü ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş çıxış edərək, ölkənin siyasi, iqtisadi və sosial sahələrində gələcək prioritetləri barədə fikirlərini paylaşdı. VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Prezident cənab İlham Əliyev ənənəyə uyğun olaraq, Milli Məclisin ilk iclasındakı dərinməzmunlu çıxışı həm deputatlar, həm də bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsidir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, bir il əvvəl şanlı Ordumuzun uğurla reallaşdırdığı antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpasından sonra artıq yeni mərhələ başlayıb. Bu yeni mərhələdə qarşımızda yeni vəzifələr durur.VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Dövlət başçısı yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırıb: “İlk növbədə Azərbaycana qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə ocaqlarının yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də Ermənistanda revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir. İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi daha sürətlə inkişaf etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın yaranması və əsas  etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri ilə məşğul olmasıdır. Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır. Bununla da Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır, eyni zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki, ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır. Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Ona görə cənab  İlham Əliyevin bildirdiyi kimi elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici təsirlərə boyun əyməməlidir”.

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi.

23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasında çıxış  edən Prezident cənab İlham Əliyevin dəyərli fikirlərini bölüşərək proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm hadisələrdən biri kimi yadda qalacaq. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Builki prezident və parlament seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, ölkəmizin bütün suveren ərazilərində keçirilib. İkinci Qarabağ müharibəsi və ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olması dünya miqyasında tarixi hadisədir. Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. Torpaqlarımızın işğalı dövründə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazilərimizin geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən dövrdə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar möhtəşəm Qələbəyə zəmin yaratdı. Tarixi Zəfər təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə, məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir.Azərbaycan Ordusunun son illər ərzində həyata keçirdiyi çoxsaylı uğurlu hərbi əməliyyatlar nəticəsində əldə edilən tarixi Zəfərlər ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda erməni separatçılığına birdəfəlik son qoyuldu, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və postmüharibə dövründə bu sahədə əldə olunan nəticələr də göz qabağındadır.Prezident İlham Əliyev, həmçinin çıxışı zamanı qeyd edib ki, son illər ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Şanlı ordumuzun qazandığı möhtəşəm qələbələr Azərbaycanın regionda, eləcə də beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda bizim siyasətimiz Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirmək, regionda yaranmış yeni vəziyyətə uyğun addımların atılmasından ibarətdir. Postmüharibə dövründə regional əməkdaşlıq və inkişaf məsələləri xarici siyasətimizin başlıca prioritetlərindən biridir.Cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Erməni vandalizmi dünyanın gözü önündədir. Hazırda elə Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış abidələrin vəziyyəti, tez-tez minaların partlaması nəticəsində həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti Prezident cənab İlham Əliyevin çıxışlarında gündəmdədir. Dövlətimizin başçısı beynəlxalq konfranslarda çıxışları zamanı bu məsələləri hər zaman qaldırır, erməni vandalizmini dünyada ifşa etmək istiqamətində uğurlu iş aparır. Ermənistan və ona dəstək verən dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Bu baxımdan anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı böhtan kampaniyası aparır, əssasız ittihamlar səsləndirirlər. Təbii ki, onların bu iddiaları Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində iflasa məhkumdur.

Zərdab Gənclər evi SXM-in əməkdaşı-Toğrul Abulov.

 

 

Hazırda həm Ermənistanla şərti sərhədimizdə mühəndis işləri aparılır, eyni zamanda, digər qonşularla sərhədimiz müasir infrastrukturla təchiz edilməlidir.

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Prezident cənab  İlham Əliyevin çıxışı ilə yadda qalmışdır. Cənab Prezident çıxışına Qarabağ müharibəsindəki Şanlı Zəfərimiz və 2023 – cü ilin sentyabrında keçirilən  uğurlu antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz və suverenliyimizi tam bərpa olunmasının dünya miqyasında tarixi hadisə olduğunu xatırladaraq başlamışdır. Dövlət Başçımız İlham Əliyevin vurğuladığı kimi 30 illik işğala son qoyulmasında Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının gücü qədər, Azərbaycan xalqının güclü iradəsi, birliyi, əzmi  də mühüm rol oynamışdır. Xalqımız Vətən Müharibəsi müddətində Ali Baş Komandanımıza, Silahlı Qüvəllərimizin qəhrəman hərbiçilərinə bir an belə olsa inamını itirməmiş, bütün qəlbi ilə Şanlı Zəfər çalacağına inanmışdır. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı  nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkəmiz qarşısında yeni üfüqlər açmış,  Vətən müharibəsinin başa çatması ilə regionda yeni iqtisadi imkanlar yaranmışdır. Azad edilən torpaqlarda genişmiqyaslı yenidənqurma və bərpa işlərinin başlanması ilə , Qarabağ bölgəsi Azərbaycanın ümumi iqtisadi inkişafında önəmli rol oynamışdır. Vətən  müharibəsindəki Zəfərimiz və antiterror əməliyyatının nəticələri ölkənin daxilində olduğu kimi, beynəlxalq çərçivədə də dövlətimizə müsbətyönümlü təsir etdi. Belə ki, bir çox dünya xalqları əzmkar Azərbaycan xalqının gücünü bir daha gördü, biz özümüzü bütün dünyaya qəbul etdirə bildik. Bizim qələbəmizə sevinən dövlətlər  qədər, Şanlı Zəfərimizdən narahatlıq duyan  bəzi xarici qüvvələr də var. Prezident İlham Əliyev çıxışında demişdir : “Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Cənab Prezident, Qarabağ münaqişəsinin tam və birdəfəlik həllinin təmin olunması ilə, artıq Minsk qrupunun fəaliyyətinin əhəmiyyətini itirdiyini vurğulamış, onun formal olaraq mövcudluğunu davam etdirməsinin isə yenidən bizə qarşı ərazi iddiaları qaldırmaq məqsədi daşıdığını söyləmişdir.Qələbəmizi qəbul etmək istəməyən bəzi xarici qüvvələr ölkəmizə qarşı təxribatçı hərəkətlərə əl atır. Onlar qarayaxma, iftira və böhtan kampaniyalarını gücləndirməklə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu  zəiflətmək və hadisələrin inkişafını  öz mənafelərinə uyğun şəkildə dəyişmək istəyirlər. Lakin uzaqgörən dövlət başçımızın zamanında atdığı doğru addımlar və düzgün qurulmuş xarici siyasəti nəticəsində Azərbaycan bu kimi çirkin planlara qarşı hər zaman güclü şəkildə müqavimət göstərir.  İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə hərbi gücümüzün əhəmiyyətli dərəcədə artırılması, Yeni Xüsusi Təyinatlı Qüvvələrin say tərkibini bir neçə dəfə yüksəldilməsi, Komando qüvvələri yaradaraq onların da say tərkiblərinin çoxaldılması  ermənipərəst qüvvələrin  hərbi şantaj və təzyiqlərlə Azərbaycanın nailiyyətlərinə kölgə düşürmək cəhdinin qarşısını hərtərəfli alır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dövlətimizin qarşısında duran mühüm vəzifələrdən də bəhs etmiş, Qarabağ müharibəsi və antiterror əməliyyatının    arxada qalmasına baxmayaraq, müasir dünyada gedən proseslərin,  yeni münaqişə, müharibə ocaqlarının yaranmasının, regionda gərginliyin artmasının, eyni zamanda Ermənistanda revanşizm meyilli qüvvələrin fəallaşmasının bizi hərbi sahəyə xüsusi diqqət yetirməyə vadar etdiyini vurğulamışdır.Cənab Prezident digər tərəfdən Qarabağı və Şərqi Zəngəzuru bərpa etməyin, burada həyatı yenidən canlandırmağın,  yerli insanların təhlükəsiz şəraitdə yaşamasını təmin etməyin də ölkəmizin qarşısında duran  prioritet məsələlərdən biri olduğunu qeyd etmişdir.Ölkə Prezidenti eyni zamanda vaxtı ilə Ermənistanın işğalı altında olan, şərti uzunluğu 500 kilometrdən yuxarı sərhədlərimizdə mühəndis işlərinin aparılmasından, paralel olaraq digər qonşularla da olan sərhədlərimizin müasir infrastrukturla təchiz edilməsindən də danışmışdır.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.

Şərhlər

Şərh yazılmayıb.