Huquqaz.com

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

06.05.2022
2.107
Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq

Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq.

 

Zəngəzur dəhlizinin yaradılması təkcə dəhlizi reallaşdıran Azərbaycan üçün yox Qafqaz regionu, Avropa və Asiya qitələri üçün də yeni imkanlar yaradacaq. Ukrayna və Rusiya arasinda gedən siyasi və hərbi müharibə Zəngəzur dəhlizinin Avropa üçün əhəmiyyətini artırdı. Rusiyadan yan keçməklə Asiyadan Avropaya gedən ən qısa quru yol məhz Zəngəzur dəhlizidir. Bu dəhlizin Rusiya ilə İran, Ermənistan,Turkiyə əlaqələrinin inkişafinda da rolu böyük olacaq. Zəngəzur dəhlizinin Azərbaycan ücün yaradağı imkanlar isə bizim üçün daha əhəmiyyətlidir. Bu dəhliz vasitəsiylə Azərbaycanın Naxcıvan Muxtar Respublikası ilə yenidən quru əlaqəsi yaranacaq və Naxcıvan yenidən Atatürkün adlandırdığı kimi Türk Qapısı olacaq. Əhali sayı və iqtisadiyayatına görə ən böyük müstəqil Türk dövləti olan
Türkiyə ilə Qafqaz və Mərkəzi Asiya Türkləri bu Dəhliz vəsitəsiylə birləşəcək. Zəngəzur dəhlizi Türkləri birləşdirəcək onların sürətli inkişafına səbəb olacaq. Ermənistan hakimiyyəti və erməni lobbisi bu dəhlizin Ermənistan xalqının rifahı üçün tək yol olduğunu yaxşı bilirlər amma türklərə olan düşmənçilik siyasətlərinə qurban verirlər erməni xalqını. Bu dəhlizdən türklərin fayda sağlamasını, güclənməsini həzm edə bilmirlər.

Bu gün ölkə başçımız cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı
və inkişafı üçün hazırladığı mükəmməl təməli cənab İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb.XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik – Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir və Emənistan istəsə də istəməsə də Zəngəzur dəhlizi reallaşacaq.

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbinin  müəllimi – İmanov Ramal

Şərhlər

Şərh yazılmayıb.