Huquqaz.com

SUVEREN ÖLKƏNİN MİLLİ MƏCLİSİNDƏN DÜNYAYA SƏSLƏNƏN MESAJ!

24.09.2024
1.725
SUVEREN ÖLKƏNİN MİLLİ MƏCLİSİNDƏN DÜNYAYA SƏSLƏNƏN MESAJ!

SUVEREN ÖLKƏNİN MİLLİ MƏCLİSİNDƏN DÜNYAYA SƏSLƏNƏN MESAJ!

Yeni formalaşan parlament öz işi ilə ölkəmizin hərtərəfli inkişafına  töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək. Dövlət başçısı cənab İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir daha bu çağırışı etdi ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. 2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Ötən ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində  növbədənkənar prezident və 1 sentyabrda  parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan bu seçki proseslərini də beynəlxalq standartlara uyğun keçirilməsi üçün bütün zəruri addımları atdı.Sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında bir daha bu kimi məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram  xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı.  Yeni  formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir. Cənab İlham Əliyev çıxışında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək ölkə qarşısında dayanan vəzifələrə diqqəti yönəltdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoydu və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün dünyaya qəbul etdirə bildi. «Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz» fikirləri ilə dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri diqqətə çatdıran cənab İlham Əliyev onu da vurğuladı ki,  dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Üç gün bundan əvvəl  artıq bu günü bayram günü kimi qeyd etdik.  Bununla bərabər,  arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək. Bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadi strtategiyasını düzgün əsaslar üzərində qurması davamlı uğurlara geniş yol açır. Dövlət başçısı cənab İlham Əliyev sözügedən çıxışında Azərbaycanın cari ilin 8 ayında sosial-iqtisadi göstəricilərindən geniş bəhs edərək bildirdi ki, iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub.
Gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir: Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Sosialyönümlü siyasət bir daha ümumi siyasətimizi, niyyətimizi göstərir. Gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır.Ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, möhkəm təməl gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Cənab Prezident İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Bu prinsipə söykənən uğurlu addımlar qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, təbii ki, ölkə qarşısında bir çox digər vəzifələr var.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev

Şərhlər

Şərh yazılmayıb.