Huquqaz.com

Çek problemi: “Ümid edirik ki, Konstitusiya Məhkəməsi müsbət cavab verəcək”

14.08.2023
3.081
Çek problemi: “Ümid edirik ki, Konstitusiya Məhkəməsi müsbət cavab verəcək”

Məlumat üçün bildirək ki, dövlət özəlləşdirmə payı ölkəmizin qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində özəlləşdirmə payı anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Həmin Qanunun 10-cu maddəsinə görə, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları “Özəlləşdirmə haqqında” Dövlət Proqramı ilə müəyyənləşdirilir. Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair ilk Dövlət Proqramı isə 29 sentyabr 1995-cil tarixində qəbul olunub. Dövlət özəlləşdirmə payı sahibinə dövlət əmlakı üzərində mülkiyyət hüququnu verən anlayışdır.

Bir sıra ictimai nüfuzlu şəxslərə və hüquqşünaslara görə, bu gün vauçerlərin tədavüldən çıxarılması qanunsuzdur. Çünki vətəndaşlara özəlləşdirmə çekləri paylanan zaman qüvvədə olan qanunların tələbinə uyğun olaraq 1993-cü ildə 445 nömrəli “Özəlləşdirmə Qanunu”nda bildirilir ki, əmlak payının miqdarı, bölgüsü və bu kimi məsələlər mülkiyyət hüququ ilə bağlıdır və buna görə də ANCAQ və ANCAQ QANUNLA qəbul edilən dövlət proqramı ilə tənzimlənə bilər. 

Bu səbəbdən də 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənib. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən, vətəndaşlara paylanaraq birincili olaraq yerləşdirilmiş dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə əvəzlənə bilər.

Mövzu ilə bağlı “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri Rəfail Becanov Huquqaz.com-a açıqlamasında bildirib ki, vətəndaşların haqqı olan özəlləşdirmə çeklərinin geri qaytarılmasına ehtiyac var:

“Özəlləşdirmə çeklərinin istifadə müddətinin 2011-ci ildə bitməsi absurddur. Çünki qanunda bu çeklərin müddətsiz olduğu bildirilirdi. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Lakin necə və hansı formada istifadə olunması ilə bağlı kütləvi məlumatsızlıq oldu. İşbazlar, möhtəkirlər isə bu məlumatsızlıqdan öz xeyirlərinə istifadə edərək, həmin çekləri alıb, sonradan dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı böyük paylara sahibləndilər. Özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti ilə bağlı dolğun bilgi verilməli idi. İndiki məqamda bu prosesə yenidən şərait yaradılmasını vətəndaşların özəlləşmə prosesində iştirak hüququnun qaytarılması kimi dəyərləndirmək olar. Adi vətəndaşın hansısa formada özəlləşdirilməyə çıxarılan əmlaklarda pay sahibi olması çox yaxşıdır. Son illər çek sahiblərinin müraciətlərinə, çağırışlarına sıx rast gəlinir. Bildiyim qədəriylə, sonuncu dəfə Konstitusiya Məhkəməsinə də müraciət olunub. İnanırıq ki, Konstitusiya və Qanunların aliliyi və ədalət tezliklə Konstitusiya Məhkəməsi tərəfindən bərpa olunacaq. Hüquqi səhvlər aradan qaldırılmalıdır”.

“Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilov isə vurğulayıb ki, özəlləşdirmə çekləri paylanan zaman baş verən qanun pozuntusunun qalıqları hələ də var. Ona görə də problem tezliklə həll olunmalıdır:

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanuna əsaslansaq, bu məsələ kompleks yanaşma tələb edir. Çünki vaxtilə torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı Aqrar İslahat Komissiyası da qanunsuzluqlara yol verib. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Mülki hüquq münasibətlərində iddia müddəti deyilən bir anlayış var. Bu anlayışa uyğun olaraq özəlləşmə prosesindən narazı qalan və əlində çeki qalan vətəndaşlar özəlləşdirməni həyata keçirən müvafiq orqana və ya məhkəməyə öz narazılıqlarını deyə bilərlər. Ümid edirəm ki, çek sahiblərinin müvafiq qurumlara və Konstitusiya Məhkəməsinə müraciətləri tezliklə müsbət nəticə verəcək”.

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/

Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf

Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb:

 

Şərhlər

Şərh yazılmayıb.