Huquqaz.com

Prezident özəlləşdirmə çekləri barədə Konstitusiya Məhkəməsinə verdiyi göstəriş pozulur

06.11.2023
1.803
Prezident özəlləşdirmə çekləri barədə Konstitusiya Məhkəməsinə verdiyi göstəriş pozulur

Əvvəla hamı bilməlidir ki, özəlləşdirmə çekləri barədə yüz minlərlə ailələr adından bərabərlik və mülkiyyət hüquqları pozulmuşların ölkə başçısına müraciəti əsasında cənab Prezidentin şəxsi göstərişi ilə PA-nın Vətəndaşların Qəbulu Şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 n-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınıb. Ümumilikdə isə nədənsə bütün qanunları pozaraq 1-2 ay əvəzi artıq 6 aydır ki, Konstitusiya Məhkəməsində araşdırma gedir.

Bütün deputatlardan, ziyalılardan, aidiyyəti qrumlardan, o cümlədən Prezident Aparatındakı məmurlardan, media nümayəndələrindən xahiş edirik ki, xalqa dəstək olsunlar. Konstitusiya Məhkəməsində 6 aydır davam edən özbaşınalığa SON qoyulmasına kömək etsinlər.

Hər birimizə Dövlət və Ulu Öndər Heydər Əliyev tərəfindən Qanunla verilmiş və bu gün Qanunla İnflyasiyadan qorunan ƏMLAK dəyəri ən azı 20 000 ABŞ dolları olan Miras Əmlak Payımızı məmurlar QANUNSUZ olaraq əlinizdən almasın deyə, Özəlləşdirmə Miras Paylarını SATMAYANLARI birləşdirən, “facebook”da 39 min ailəni təmsil edən bu Qrupa üzv olun:

https://www.facebook.com/groups/668471343515846

BƏSDİR!!!

Xahiş etməkdən, yalvarmaqdan yorulduq və heç bir nəticə vermədi. Qanunla bizə aid olan haqqımızı tələb edirik!

21 may 2023 -cü il tarixində dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup müharibə veteranları və əmək veteranlarının hüquqi nümayəndəsi vəkil Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin sədri Fərhad Adbullayevə, Ali Məhkəməyə, Baş Nazirə, Baş Prokurora və Milli Məclisə Şikayət – Xahiş ilə müraciət ünvanlanlamışdı. ( Baxın https://www.youtube.com/watch?v=dcD8pgpdHFQ

Oxuyun https://www.facebook.com/…/permalink/1587723841590587 ).

Konstitusiya Məhkəməsinin Qəbul Şöbəsinin müdiri Anar müəllimin 4 ay öncə vəkil Mübariz Yolçiyevə verdiyi məlumatdan belə aydın olurdu ki, bu iş çox çətin olduğundan hər iki Palatada 4 hüquqşünas tərəfindən araşdırılır və artıq 5  dövlət orqanına, o cümlədən Milli Məclisə, Ədliyyə Nazirliyinə, Baş Nazirə, İqtisadiyyat nazirinə və Ali Məhkəməyə bu məsələ barədə RƏY almaq üçün müraciətlər göndərilib və tez bir zamanda Konstitusiya Məhkəməsinin sorğusuna cavab verməlidirlər. Anar müəllim əminliklə bildirdi ki, sentyabrda bu məsələ öz həllini tapacaq.

KM-nə ünvanladığımız konstitusiya şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün vətəndaşların vəkili olaraq Mübariz müəllim 13 iyul 2023-cü il tarixində 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdı. ( Xahiş edirik oxuyun https://ayna.az/ozellesdirme-ceki-sahiblerinin-nezerine… ).

Konstitusiya Məhkəməsi tərəfindən 4 aydır heç bir rəsmi cavab ala bilməyən və Konstitusiya, qanunları pozan Normativ Hüquqi Aktların Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının gecikdirilməsini bildirən müharibə və əmək veteranları 2 Sentyabrda ikinci dəfə cənab Prezidentə və PA Rəhbəri Samir Nuriyevə Şikayət yazdılar. Baxın və oxuyun:

https://www.qanunla.az/diqqet-prezidente-ikinci-muraciet-fotolar/

12 Sentyabr cənab Prezidentin göstərişi ilə PA-nın Konstitusiya Məhkəməsinə göndərdiyi məktub KM tərəfindən qeydə alınıb.

Növbəti dəfə 13 Sentyabrda vəkil Mübariz Yolçiyevə və şikayətçilərə Konstitusiya Məhkəməsinin Qəbul Şöbəsinin müdiri Anar Cəfərov tərəfindən verilən şifahi məlumatda Anar müəllim ən uzağı oktyabr ayında bu məsələnin öz həllini tapacağını bildirdi. Hörmətli vəkilimiz Özəlləşdirmə Çeklərini Satmayan yüz minlərlə ailələrə ikinci videomüraciət etdi.

Qrup üvlərinin təkidi ilə Tahir Axundov 21 sentyabrda KM-nin sədri Fərhad Abdullayevə ərizə yazaraq 4 aydan çox müddət keçməsinə baxmayaraq, vətəndaşlara hansı səbəbdən rəsmi cavab verilmədiyini və rəsmi məlumatların verilməsini xahiş etdi.

Heç bir rəsmi cavab ala bilmədiyimiz üçün yüzminlərlə yaşlı insanların narahatçılığını, problemin təcili həll olunmasının vacibliyini dərk edən vəkilimiz Mübariz müəllim 17 oktyabrda KM sədri Fərhad Abdullayevə üçüncü müraciəti etdi. ( Oxuyun https://ayna.az/yuzminler-adindan-konstitusiya-mehkemesine? ).

23 oktyabrda vəkil Mübariz Yolçiyevə KM tərəfindən 2 cümlədən ibarət – heç bir yeni məlumat olmayan və KM-i tərəfindən 6 aydır qanunların hansı səbəbdən pozulduğunu əsaslandırmayan bir cavab məktubu gəldi. ( tanış ola bilərsiniz https://www.facebook.com/…/permalink/2026314594398174 ).

30 oktyabrda qrup nümayəndəsi Tahir Axundov qrup üzvlərinin xahişi ilə işin niyə belə ləngidiyini öyrənmək üçün təkrar KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ müraciət edərək Qəbul şöbəsinin müdiri Anar müəllimin qəbulunda olub və Anar müəllim ən uzağı bir həftəyə bu işin həll olunacağını bildirib. Bəzi dövlət qurumlarının hələ də öz cavab məktublarını göndərmədiyini qeyd edib. Qanunla onların bir ay ərzində cavab verməli olduqlarını bildirib.

Mətbuatda YAP-çı ziyalılar, deputatlar, hüquqşünaslar və başqaları 100 % əminliklə cənab Prezidentin adına və dövlətçiliyimizə ləkə salan, PA-nın keçmiş rəhbəri olmuş Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində yaranmış QANUNSUZLUĞUN və bu cinayətin hüquqi müstəvidə tez bir zamanda Konstitusiya Məhkəməsi tərəfindən Ulu Öndərin 100 illik yubileyi olan 2023-cü ildə aradan qaldırılacağını söyləyərək insanları sakitləşdirirlər. ( bu məqalədə olduğu kimi https://ayna.az/azerbaycanda-ilk-defe-konstitusiya-mehkemesi-tarixi-qerari-qebul-etmelidir? ).

Hansı səbəbdən bizə Konstitusiya Məhkəməsi sorğusuna cavab verməyən və işi gecikdirən QURUMLARIN və Məhkəmədə bu işi aparan dörd hüquqşünasın adları haqqında heç bir məlumat verilmir? Kimlər təxribat edir? Səbəb nədir?

Görünür, qanunlara və qaydalara, hətta cənab Prezidentin Konstitusiya Məhkəməsində 12 sentyabrda qeydə alınmış müraciətinə saymamazlıqla yanaşan məmur və hüquqşunaslar var və onlar dövlətçiliyə qarşı təxribat edirlər.

Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin səhlənkarlığı və səhvləri nəticəsində Beynəlxalq İnsan Hüquqlarının əsasını təşkil edən BƏRABƏRLİK və MÜLKİYYƏT hüquqlarının KÜTLƏVİ şəkildə pozulduğunu və bunun Mütəşəkkil Korrupsiya Cinayəti faktı olduğunu bilərək – 13 ildir davam edən qanunsuzluğun tez bir zamanda aradan qaldırılmaması və işin ləngidilməsi dövətçiliyimizə qarşı təxribatdır. Bu, xalqa qarşı cinayətdir!

Məsələni uzadaraq siyasiləşdirən, Ulu Öndərin qurub – yaratdığı bu dövlətə və dövlətçiliyə, tarixi sosial ədalət siyasətinə qarşı çıxan, Konstitusiya və Qanunları, xalqın və cənab prezidentin müraciətini saymayan bu şəxslərə ancaq xalq düşmənləri demək olar.

Hansı səbəbdən KM-nin sədrinin və hüquqşünaslarının Konstitusiya Məhkəməsi Haqqında Qanunu və Konstitusiya Məhkəməsinin Daxli Nizamnaməsini tam pozduqlarını başa düşmək olmur! ( Sizə aydın olması üçün oxuyun https://www.facebook.com/…/permalink/2030444470651853 ).

Qarabağ və torpaqlarımız düşməndən azad edildikdən sonra ölkə daxilində olan düşmənlərdən qurtulmağın və tam azad olmağın vaxtıdır! Kim bizimlədir?

( Sual olunur ki, torpaqlarımızı almaq üçün erməni faşistlərin qanını tökdük. Bəs əmlaklarımızı almaq üçün kiminsə qanını tökmək mütləqdirmi? )

Aşağıdakı 2 məqaləni oxuduqda aydın olur ki, yüzminlərlə ailələrə qarşı məmurların çirkin hərəkətləri Azərbaycan üçün təhlükə yaradır. Ulu Öndər Heydər Əliyevin kapitalizmə dinc keçidin təminatı olan sosial və tarixi siyasətinin, Konstitusiya və Qanunların kobud pozulması məmur-vətandaş qarşıdurmasının təməlini qoyur.

https://haqqin.az/investigations/273600

thttps://http://m.zerkalo.az/kakim-budet-okonchatelnoe-reshenie…/

Statistik məlumatlardan aydın olur ki, bəzi məmurların ekonomik terroru nəticəsində konstitusion hüquqları pozulmuş Özəlləşdirmə Çeklərini Satmayan 1 milyon vətəndaşdan 13 ildir ki, hər il 12 min, hər ay min, hər gün 33 vətəndaşın arzu və ümidləri puça çıxaraq öz halal Miras Əmlak Paylarını almadan dünyasını dəyişir.

Konstitusiya Məhkəməsində 6 aydır araşdırma gedir, deməli, bu məmurların təqsiri nəticəsində daha 6 mindən çox vətəndaş öz hüquqlarının bərpasını, haqqın və ədalətin zəfər gününü görmədən dünyasını dəyişdi…

Bu 6 ay ərzində həm çoxsaylı vətəndaşlar, həm də Milli Məclis adından Konstitusiya və qanunları pozan bəzi Normativ Hüquqi Aktlar haqqında faktlar barədə şikayətimiz İqtisadiyyat nazirinə göndərilmişdir. Konstitusiya Məhkəməsi də 4 aydır onlara müraciət edib. İqtisadi İnkişaf Naziri və Əmlak Komitəsinin rəhbəri ixtisasca hüquqşünas olduqlarından Konstitusiyaya və Beynəlxalq hüquqa zidd olan və 13 ildir davam edən bu cinayətkar özəlləşdirməni bir an öncə təcili dayandırmalıdır.

Görünür, Konstitusiya Məhkəməsindəki və dövlət qurumlarındakı bəzi məmurlar özlərini qanundan üstün sayırlar.

Ey məmurlar, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, dövlətin bütün siyasəti və dövlət məmurlarının xalq qarşısında, vəzifəsində gördüyü işlər ancaq və ancaq qanunlarla qoyulmuş qaydada olmalıdır! Heç bir məmur qanunda boşluq varsa, onu öz istədiyi kimi yoza bilməz!

Cənab Prezidentə və dövlətçiliyimizə qəsd edilir!

Hansısa məmurlar Konstitusiya Məhkəməsində işi uzatmaqla  siyasiləşdirmək istəyirlər. Bəzi yerli oliqarx məmurlar ( Büdcədən oğurladıqları və rüşvət aldıqları pullarla kapitalist olan ailələr ) və xarici ölkələrdən olan kapitalistlər investor adı ilə Dünya Bankı və Avropa İnkişaf Bankındakı bəzi məmurlarla cinayət əlaqəsinə girərək özəlləşdirmə adı ilə xalqa qarşı ekonomik terror aparırlar. 13 ildir dünyada analoqu olmayan bu Mütəşəkkil Cinayət nəticəsində 1 milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqları tam pozulmaqla davam edir. Tarixi ədalətin və sosial ədalətin, Ulu Öndər Heydər Əliyevin siyasətininin pozulması gələcəkdə hansı ağır nəticələr verəcəyini başa düşməyən, xalqı və dövlətçiliyi, Ulu Öndər Heydər Əliyevin Tarixi Sosial Siyasətini saymayan, Konstitusiya və Qanunları, beynəlxalq hüququ pozan yerli və xarici kapitalistlər üçün Azərbaycan xalqının hüquqları və gələcəyi heç veclərinə də deyil.

Bütün məlumatlarla və faktlarla bu linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/…/6684…/posts/1577668382596133/

Şərhlər

Şərh yazılmayıb.