Huquqaz.com

Xalq deyir, “qanunlar pul ilə işləyir”… – Bələdiyyə sədri pulu kimə verib? // FOTO

13.10.2023
1.652
Xalq deyir, “qanunlar pul ilə işləyir”… – Bələdiyyə sədri pulu kimə verib? // FOTO

“Kimdən kimə şikayət edək?”, “ölkədə qanun var deyəndə adamı gülmək tutur”, “qanunlar pul ilə işləyir” və sair kimi narazılıq ifadə edən cümlələr artıq, xalqın böyük əksəriyyətinin dilinin əzbəri olub.

Xatırlayırsınızsa, biz bir neçə gün əvvəl də Bakı İnzibati-iqtisadi Məhkəməsinin hakimi kürsüsündə əyləşən Orxan Həsənov barəsindəki məlumatlarımıza da girişi narazı xalqın məhz bu cümlələri ilə vermişdik. Amma, söhbət hüquqdan, qanundan getdiyi üçün təkrar xalqın sözlərinə müraciət etmək lazım gəldi. Barəsində bəhs edəcəyimiz qurumlar fərqli olsa da onların vəzifələri biri-birilə bağlıdır.

Dövlətin əsası ədalətdir – Bəs dövlətin hakimi ədalətsizdirsə ???

Bəli, bu dəfə biz prokurorluq orqanları barəsində danışacağıq. Biri araşdırıcı istintaq orqanı, digəri cinayəti sübuta yetirilmiş cinayətkar barəsində cəza hökmü çıxaran qurum. Hər ikisi vətəndaşların pozulmuş hüquqlarının bərpası və ədalətin bərqərar olması, baş verən hadisələrin qanunla həll etməli olan məsul qurum.

Məhkəmə ədalətsizliyi barəsində “DogruXeber.az” olaraq biz özümüz də, digər informasiya portalları da dəfələrlə bəhs etmişik. Və nə qədər ki, Orxan Həsənov kimi təcrübəsiz, təhsili və hərbi xidmətdə olub-olmadığı məlum olmayan, kimlərinsə “sehirli çubuğu” ilə vəzifəyə gələn, tapşırıqla qərar verən ədalətsiz hakimlər var olacaq, qələmimiz bu mövzuya hələ çox qayıdacaq.

Bu gün isə bizi mövzuya təkrar qaytaran səbəb Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən redaksiyamızın onlara ünvanladığı rəsmi sorğuya cavab olaraq göndərdiyi qeyri-adi məktubudur.

Aşağıda təqdim etdiyimiz fotoya diqqət edin!

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

Xalq deyir, "qanunlar pul ilə işləyir"... -   Bələdiyyə sədri pulu kimə verib? // FOTO

Əvvəla gördüyünüz kimi nə bir blank, nə bir möhür, nə də bir imza yoxdur. İkincisi də biz bugünə qədər Baş Prokurorluğa çox qanun pozuntusu barəsində sorğu və müraciətlər göndərmişik, lakin onların böyük əksəriyyəti cavabsız qalıb. Yönləndirilib yerli prokurorluqlara, orda da cinayətkarla öz aralarında məsələni “həll ediblər”, söhbət bağlanıb. Buna misal olaraq, Qobustan rayon Prokurorluğu, Cəlilabad rayon Prokurorluğu, Zərdab rayon Prokurorluğu, Səbail rayon Prokurorluğu, Qazax rayon prokurorluğu, İmişli rayon Prokurorluğu və sair bu siyahını böyütməklə adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, Baş Prokurorluğun uzun müddətdən sonra verdiyi bu “məzəli cavab” hansı məsələ ilə bağlı göndərdiyimiz sorğunun “cavab”ıdır hələ də anlamış deyilik.

Amma, nəzərinizə çatdırırıq ki, İmişli şəhər bələdiyyəsinin sədri Mehman İsmayılovun özünün etirafına görə İcra başçısı Elçin Rzayevin tapşırığı ilə icra etdiyi korrupsiya əməli – Əsmər Əkbərovanı yalnız sənəd üzərində işə götürüb, onun adına ayrılmış əmək haqqını mənimsəməsi, xanım bir ay adına ayrılmış maaşı ona vermədiyi üçün maddə ilə işdən çıxarması barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığımız sorğunun da hələ ki, görünən bir nəticəsi yoxdur. Mehman İsmayılovun əməkdaşımıza dediyinə görə, biz bu mövzunu yayımlandıqdan və aidiyyatı qurumlara bildirdikdən sonra “1400 (min dörd yüz) + 700 (yeddi yüz) manat xərci çıxıb”. Maraqlıdır, sorğu göndərdiyimiz heç bir qurumdan ona cərimə cəzası verildiyi ilə bağlı hər hansı bir cavab verilməyib. O, zaman sual yaranır, bələdiyyə sədri bu məbləği kimə, nə üçün verib?

Məsələ qanuni həllini tapana qədər mövzuya təkrar qayıdacağıq.

Qeyd edək ki, İmişli rayon mədəniyyət evində cərəyan edən yeyinti və digər hallar barəsində də qarşıdakı günlərdə ətraflı məlumatlarımız olacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.