Huquqaz.com

Ordumuzun sərhəddə ki, uğurlarına qarşı radikal müxalifətin böhtanları əsassızdır

21.09.2022
2.129
Ordumuzun sərhəddə ki, uğurlarına qarşı radikal müxalifətin böhtanları əsassızdır

Müxalifətçilərin bəzi əhəmiyyətsiz, lakin qərəzli mediyada anti-Azərbaycan təbliğatı ara vermir. Özlərini demokrat adlandıran radikal müxalifət qüvvələri unudur ki, 1992-1993-cü illərdə Azərbaycanın silahlı qüvvələri demək olar ki, könüllülərdən ibarət idi. İndi o ən müasir silahlarla təchiz olunmuş, nizami orduya çevrilib. Məhz bunun nəticəsidir ki, vaxtı ilə onların səriştəsiz, bacarıqsız və şəxsi maraqları naminə qurban verdikləri vətən torpaqları qorxmaz, igid və mərd oğlanlarımızın, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti sayəsində 44 gün ərzində işğaldan azad olundu, düşman tapdağından xilas edildi. Amma bəzi sapı “özümüzdən” olan baltalar da Azərbaycanın qələbəsini və son günlərdə sərhəd boyu əldə olunan uğurlarımızı həzm edə bilmirlər. Anti-milli ünsürlərdən ibarət olan müxalifətçilər isə Azərbaycanın uğurunu baltalamağa çalışır, qəbul edə bilmir. Onlar da erməni mövqeyini dəstəkləyirlər. Ancaq Azərbaycan Silahlı Qüvvələri öz mövqeyində möhkəmdir, bütün əməliyyat prosesi bizim nəzarətimizdədir. Dövlət başçımızın dediyi kimi, nəyi, nə zaman, necə edəcəyini o, bilir. Bütün proseslər də xeyrimizə cərəyan edir. Bizim üzərimizə düşən iş maksimum dərəcədə səbrlə prosesləri izləmək, Azərbaycan Ordusunun hərəkət istiqamətini əks etdirən foto, videoların yayılmasına imkan verməmək və proseslərin yekunlaşmasını gözləməkdir. Biz yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinadən xəbərləri tirajlamalıyıq. Xarici medianın yaydığı məlumatlara güvənmək olmaz. Unutmamalıyıq ki, erməni lobbisinin təsiri altında olan xarici media KİV- ləri manipulyasiya edərək bu cür informasiyaların sürətlə tirajlanmasına səbəb olurlar. Biz ordumuzun gücünə, qüvvətinə, taktikasına inanırıq və sonuna qədər də bu inamımız qüvvədə qalacaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 19 ildə böyük inkişaf yolu keçib.Ona görə də cənab Prezident İlham Əliyevin çox yüksək səviyyəli və uğurlu rəhbərliyi altında Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.

 

 

Saatlı rayon sakini

Şəhid atası, Qabil Nəciyev

Şərhlər

Şərh yazılmayıb.