Huquqaz.com

Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?!

20.04.2023
1.345
Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?!

Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?!

“Xəbəraz” xəbər verir ki, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər. Əməkdaşlarımız şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər. Həmçinin abonentlərin nəzərinə çatdırırıq ki, 24 aprel tarixindən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək. Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər.

Şərhlər

Şərh yazılmayıb.