Huquqaz.com

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi

24.11.2022
1.558
Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi.

“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev noyabrın 21-də keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bütün xalqımızın iradəsini ifadə edərək bildirdi ki, bu gün Partiyamızın yubileyini qeyd edərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Həqiqətən də əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi. Ümummilli Liderimizin dövlətin və xalqın rifahına həsr olunmuş şərəfli həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün əsl fədakarlıq nümunəsi idi. Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək təşkilatımızı müxalifət mövqelərindən qısa müddət ərzində iqtidar mövqelərinə daşıması olmuşdur. Məlum olduğu kimi, Azərbaycanın vətəndaş müharibəsinin bir addımlığında, müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üz-üzə durduğu bir vaxtda tarixdə adları 91-lər kimi qalmış bir qrup vətənpərvər ziyalı yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın xilaskar oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. XX əsr tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxrmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı.”
Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Respublikada hakimiyyətə ikinci dəfə qayıtdığı dövrdə ölkədə yaranmış böhranlı vəziyyət bir tərəfdən də torpaqlarımızın işğal altına düşməsi səbəbindən ağırlaşırdı: “Bu il Azərbaycan xalqı Şuşanın işğaldan azad olunmasının ikinci ildönümünü böyük təntənə ilə qeyd etdi. 1992-ci ilin may ayında isə Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, həm də hərbi-strateji nöqteyi-nəzərdən ölkəmiz üçün böyük zərbə idi. Çünki məhz həmin işğallardan sonra Qarabağla Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Artıq o zaman məlum idi ki, Kəlbəcərin də işğalı qaçılmazdır. 1993-cü ilin aprelində Kəlbəcərin də işğal altına düşməsi ilə ərazilərimizin böyük hissəsi nəzarətimizdən çıxdı. Yalnız Ulu Öndərin hakimiyyətə gəlişindən sonra işğalın dərinləşməsinin qarşısı alındı. YAP-ın təsis konfransından yeddi ay sonra Ümummilli Lider xalqın tələbi ilə Bakıya dəvət edildi və parlamentin sədri seçildi. Bundan 11 ay sonra, oktyabr ayında Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlət başçımızın dediyi kimi, Ulu Öndər Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin və ictimai fəalların məqsədyönlü fəaliyyəti ölkəni yaranmış çətin vəziyyətdən şərəflə çıxardı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə, Konstitusiya qəbul edildi. Dövlətçiliyin əsasları qoyuldu, dövlət təsisatları düzgün zəmində formalaşdırıldı. Dövlətimiz beynəlxalq aləmdə Azərbaycana qarşı olan əsassız mövqe və baxışlara düzəlişlər edə bildi, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yardı. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.”

“2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilib. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi spzsüz ki, Qarabağ probleminin həlli idi. Ulu Öndərin ən layiqli davamçısı, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bizi müqəddəs hədəfimizə addım-addım yaxınlaşdırdı. Xalq-İqtidart-Ordu birliyinə nail olundu. Bundan sonra 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə tarixi ədalət bərpa olundu, düşmən torpaqlarımızdan qovuldu. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq. Həmin gün Müzəffər Ali Baş Komandanımız Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlər xiyabanında dövlətimizin başçısı Azərbaycan xalqına Şuşa müjdəsini verdi. Bununla Ulu Öndərin ən vacib vəsiyyəti də yerinə yetirildi” .

Vəliyeva Südabə Eminağa qızı  Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru

Şərhlər

Şərh yazılmayıb.