Huquqaz.com

Ulu Öndər Heydər Əliyev: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”

12.05.2022
1.294
Ulu Öndər Heydər Əliyev: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”
Ulu Öndər Heydər Əliyev: “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”.
Vətən doğma evin kandarından başlanır. Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Neçə-neçə qəhrəman oğullarımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrun
da, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Ulu öndər Heydər Əliyevin “Tariximizin hər səhifəsi bizim üçün əzizdir”, “Tarix heç nəyi silmir”, “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir”, “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” və s. kimi atalar sözünə çevrilən müdrik fikirləri də tez-tez xatırlanır və bu fikirlər hər bir insana Vətənə, xalqa, dövlətə necə sədaqətlə xidmət etməyin yollarını göstərir.
Müasir Azərbaycan Respublikasının və Azərbaycan Ordusunun qurucusu ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.
Ulu Öndər ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında olduğu kimi, ordu quruculuğu və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində də tarixi xidmətlər göstərib.
Ulu Öndər 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi zaman, Milli Ordunun olmadığı bir vaxtda Naxçıvanı Ermənistan silahlı qüvvələrinin təcavüzündən qorumaq üçün Naxçıvan Milli Müdafiə Komitəsini yaradıb. Bu qurumun bazasında gücləndirilmiş əlahiddə briqada, bir neçə il əvvəl isə dahi liderin arzuları reallaşaraq Əlahiddə Ümumqoşun Ordu formalaşdırılıb.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra vahid mərkəzdən idarə olunan nizami ordu yaranıb. Ordu quruculuğu prosesi bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Dövlət başçısı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir. 44 günlük Vətən müharibəsi buna əyani sübutdur.
Belə ki, 2020-ci il sentyabrın 27-də düşmənin başlatdığı növbəti təxribatının ardınca Ermənistanın hərbi səfərbərlik elan etməsi müharibənin başlanmasına səbəb oldu. Sentyabrın 28-də Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması haqqında qismən səfərbərlik elan etdi. Cəbhədə gedən gərgin döyüşlər Azərbaycan hərbi birləşmələrinin uğurlu irəliləyişləri ilə davam edirdi. İşğal altındakı ərazilərimizin böyük bir hissəsi müharibə yolu ilə təcavüzkar qüvvələrdən azad olundu. 10 Noyabr 2020-ci ildə bağlanan üç tərəfli sazişə əsasən düşmən ölkəmizin ərazi bütövlüyü rəsmən tanındı.
Şanlı zəfər Azərbaycan tarixində yeni bir səhifə açdı. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz regionun siyasi xəritəsini dəyişəcək bir tarix, bölgədə gələcək proseslərin istiqamətini dəyişəcək bir tarix, əsrlərdir qələbəyə həsrət qaldığımız bir tarix yazdı.
Dahi şəxsiyyətin ruhu şad olduğuna əminik.
Ümummili lider siyasətini bütün sahələrdə uğurla davam etdirən Ali Baş Komandanımız cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək ən yeni və qürurlu tarix yazdı.
Gülayət Məmmədzadə
Şərhlər

Şərh yazılmayıb.