Huquqaz.com

Şagirdlər sosial sahibkarlıq ideyalarının axtarışına təşviq edilib – FOTOLAR

19.04.2024
1.742
Şagirdlər sosial sahibkarlıq ideyalarının axtarışına təşviq edilib – FOTOLAR

Bakı şəhərinin 8 №-li tam orta məktəbindəAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə “Yeniyetmələrin sosial sahibkarlıq təşəbbüsləri” adlı layihənin icrası yekunlaşıb. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsiçərçivəsində həyata keçirilib.

Feso.az xəbər verir ki, layihənin icra müddəti 6 ay, məqsədi şagirdlərin sosial sahibkarlıq istiqamətində təşəbbüslərini inkişaf etdirən tədris mühitini formalaşdırmaqdan ibarət olub.

İlkin mərhələdə məktəbin 24 şagirdinin iştirakı ilə 5 gün, 40 akademik saatı əhatə edən təlim təşkil olunub. Təlim qeyri-formal təhsil metodlarıuyğun şagirdlərin fəal iştirakını, təcrübə əsasında öyrənməsini təmin edib. Təlim ərzində cütlük  və qrup şəklində tapşırıqlar, fərdi və qrup araşdırmaları, şagirdlər tərəfindən hazırlanan təqdimatlar, diqqəti cəmləşdirmək üçün oyunlar ilə interaktiv formatda keçirilib. Təlimlər Sara Rəcəbli, Fərhad Abdulov və Rafət Şirəliyev tərəfindən tədris edilib.

Təlim şagirdlərin sosial sahibkarlıq ideyalarını irəli sürmə bacarıqlarının artırılmasına, irəli sürülən ideyaların təklif formasında hazırlamaq səriştələrinin formalaşdırılmasına xidmət edib.

Təlim proqramını bitirən iştirakçılar üçün müsabiqə elan edilib. Müsabiqədə iştirak üçün şagirdlər 4-5 nəfərdən ibarət kiçik qruplar bölünüb.

Müsabiqə şagirdlərin sosial sahibkarlıq təşəbbüslərinin layihələşdirilməsi məqsədilə təşkil edilib. Qrupların təqdim etdiyi sosial sahibkarlıq ideyalarını layihənin təlimçiləri və sahibkarlıq üzrə eskpert Nəzrin Mirzəyeva qiymətləndirib şagirdlər tövsiyələr verilib. Qalib olmuş 4 qrupun üzvlərinəsertifikatlar təqdim edilib və şəxsi inkişaf mövzularına dair müxtəlif kitablar hədiyyə edilib.

Yekun tədbirdə çıxış edən məktəbin direktoru, layihə rəhbəri Aytən Baxşıyeva layihənin məktəb icması üçün olduqca faydalı olduğunu və fərqli mühit yaratdığını qeyd edib. Gələcək illərdə də Elm və Təhsil Nazirliyinin şagirdlər üçün yaratdığı bu fürsətdən səmərəli şəkildə istifadə etməli olduqlarını vurğulayıb.

Şərhlər

Şərh yazılmayıb.