Huquqaz.com

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır

18.04.2024
3.376
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır.

1958-ci ildə istifadəyə verilən ölkənin ikinci ən böyük kanalı olan Şirvan kanalı  başlanğıcını Mingəçevir su anbarından götürür. Kanal Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşib. Prezident İlham Əliyev kanalın infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi məqsədilə aprelin 8-də sərəncam imzalayıb. Yenidən qurulacaq Şirvan kanalının təməlini qoyub. Layihənin icrası nəticəsində onun uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bundan sonra kanalla suvarma imkanları da iki dəfədən çox artırılacaq və 230 min hektar əkin sahəsini əhatə edəcək. Əvvəlki dövrlərdə kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. “Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir”, – deyə İlham Əliyev vurğulayıb. Xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə inşası ilə bağlı sərəncam imzalanan Qarabağ kanalı 9 rayonda 115 min hektarı əhatə edəcək.  Məlum məsələdir ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq var. Biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağır. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir. Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu sahədə həyata keçirilən layihələrlə birlikdə bir neçə ildən sonra ölkə üzrə ən azı 500 min hektardan çox torpağa su veriləcək. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələrinin, o cümlədən Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşasının nəzərdə tutulub. Bu bir daha onu sübut edir ki, Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarındakı quruculuq işləri göz qabağındadır, kənd təsərrüfatının inkişaf edib və vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz əminik ki, ölkəmiz hər gün inkişaf edərək dünyanın cənnət guşələrindən birinə çevriləcək.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir.

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan suvarma kanaldır. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları hazırlandı və kanal 1958- ci ildə istismara verildi.Şirvan Kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və  Şamaxı rayonlarının 130 min hektar torpaq sahəsi və Şirvan otlaq sahəsi daim suvarılır. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır.Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib.Bu kanalın üzərində 51 ədəd sel ötürücü qurğu vardır və bu qurğu vasitəsilə sel suları Şirvan kanalının sağ sahillərinə otürülür. Yuxarı Şirvan kanalının istismara verilməsindən sonra, Şirvan düzündə suvarılan əkin sahələrinin 1950-ci ildə 90 min hektardan 1965-ci ildə 167 min hektara çatdırılmışdır.İcra ediləcək yeni lahiyədə isə bu sahə 230 min hektar əkin  sahəsini əhatə edəcək.Yuxarı Şirvan kanalının üzərində nasos stansiyaları da quraşdırılmışdır.Uzunluğu 122 km olan Şirvan Kanalı respubilikanın ikinci ən  böyük magistiral  suvarma  kanalıdır. Prezident İlham Əliyev kanalın yenidən qurulmasına dair Sərəncam imzaladı və bunun nəticəsində  kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir.Şirvan lahiyəsi suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük lahiyələrdən biridir.Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.

Bahar Qurbanova   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Bunlar arasında ilk olaraq Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri sırasındadır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması maliyyə imkanlarımızın təqdimatıdır.” Ölkəmizin gələcək inkişafının əsas istiqamətlərindən qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Cənab İlham Əliyev çıxışında qarşıdakı illərdə həyata keçiriləcək digər layihələrdən də danışaraq onların reallığa çevrilməsi üçün böyük vəsait tələb edildiyini bildirdi. Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün istifadəsinin cari ilin sonu, 2025-ci ilin əvvəlləri üçün nəzərdə tutulması Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, tranzit imkanlarının genişləndirilməsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Hər bir bölgənin inkişafında, iqtisadi imkanlarının artmasında infrastruktur layihələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki nitqində diqqəti bu reallıqlara da yönəltdi ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Ölkəmizdə yeni, müasir yollar diqqətdən kənarda qalmır. Bu hədəf açıqlandı ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaq.” Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edib: “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev “Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik” söyləyərək həm hədəfi, həm də ona nail olmağın yollarını açıqladı. Atılan bütün addımların əsasında bir məqsəd dayanır ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanlar yüksək rifah şəraitində yaşasınlar. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir.”

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

Şərhlər

Şərh yazılmayıb.