Huquqaz.com

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

12.04.2023
1.720
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev dünya miqyasında tanınan və böyük ehtiram bəslənilən siyasətçi olub. O, keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən həm ittifaq məkanında, həm də onun hüdudlarından kənarda bir sıra mühüm layihələrin həyata keçməyə nail olub, daim xalqlar və ölkələr arasında əlaqələrin möhkəmlənməsinə çalışıb. Ulu Öndərimizin xeyirxah əməllərinin izləri, həmçinin Tacikistanda da var. Təkcə bir nümunəni xatırlayaq: Keçmiş sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan “Nurek” Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Bəhs olunan su elektrik stansiyası bu gün də ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ümumi gücü 2.700 MW’t olan “Nurek” Su Elektrik Stansiyası paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini elektrik enerjisi ilə təmin edir. Tacikistan dövləti və xalqı da Heydər Əliyevin bu ölkə üçün etdiklərini unutmur və minnətdarlıqla xatırlayır. Hazırda bu ölkədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsinə böyük hazırlıq işləri görülür. Əsas tədbirlərin gələn ay keçirilməsi nəzərdə tutulub. Prezident Emoməli Rəhmon mətbuata verdiyi Bəyanatında qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətini həmişə səmimiyyətlə xatırladığını bildirib.  “Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı”, – deyə Tacikistan Prezidenti vurğulayıb.

Azərbaycanla Tacikistan arasında münasibətlər xoş mərama əsaslanmaqla, həm də çoxvektorlu olması ilə səciyyələnir. İlk növbədə, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin Tacikistana bəhs olunan dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Tacikistan Prezidentinin dəvəti əsasında baş tutan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan Prezidentinin Tacikistana sayca beşinci səfəridir. Dövlətimizin başçısı dost ölkəyə ilk səfərini 2007-ci ildə edib. Azərbaycan Prezidenti bundan əvvəl 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib. Eyni zamanda, Tacikistanın Prezidenti Emoməli Rəhmon da bir neçə dəfə Azərbaycanda səfərdə olub. Qarşılıqlı səfərlər zamanı ölkələrimizin gündəliyinin aktual məsələləri müzakirə olunub. Azərbaycan və Tacikistan ikitərəfli platformada olduğu kimi, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən ölkələr sırasında yer alır.

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq  uğurla inkişaf edir. 2008-ci il fevralın 7-də Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub. Dövlət başçımızın Tacikistana baş tutan son səfərinədək iki ölkə arasında, ümumilikdə, 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İmzalanan sənədlər qarşılıqlı vizasız gediş-gəliş, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, nəqliyyat, gömrük, qarşılıqlı yardım, turizm, standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya və digər sahələrdə əməkdaşlıq üçün möhkəm hüquqi əsasları təmin edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur.

Tacikistanla da Azərbaycanın əlaqələri uzun müddətdir ki, davam edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ölkələrimiz arasında mədəni əlaqələr də yüksək dinamikliyi ilə səciyyələnir.  Qarşılıqlı mədəniyyət günləri və kino həftələrinin keçirilməsi ənənə halını alıb. 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli,1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Prezident cənab İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən 2 nəfər “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir. Hərbi sahədə əməkdaşlığın genişlənməsi də məmnunluq doğurur. 2010-2022-ci illərdə Tacikistan Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır. Eləcə də Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir.

Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara  real yanaşmaları ilə  cavab verən Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda və dünyada  mövqeyinin daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu baxımdan təkcə cari ilin arxada qalan dövründə Azərbaycanın qatıldığı, yaxud ev sahibliyi etdiyi tədbirlərin, həmçinin qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Real olan budur ki, Azərbaycanın xarici siyasəti açıq, balanslaşdırılmış siyasətdir. Həm Avropa, həm qonşu dövlətlərlə, həm  də Mərkəzi Asiya ölkələri ilə  əlaqələri yeni prioritetlər üzrə inkişaf edir.

Bu gün isə  Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutan Azərbaycan-Tacikistan əlaqələrindən bəhs edirik. Dövlət başçısı cənab İlham Əliyevin bu ölkəyə dövlət səfəri, səfər çərçivəsində Tacikistan Prezidenti ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşü, 15-ə yaxın sənədin imzalanması, Prezident İlham Əliyevin və Emoməli Rəhmonun mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəninə baxış əsasında perspektivlərin müəyyənləşdirilməsində öz sözünü deyəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.  Azərbaycan hər zaman səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yeni əməkdaşlıq formatlarının yaradılması təşəbbüsləri ilə çıxış edir.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bununla bağlı deyib: “Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.” Cənab İlham Əliyev türk dünyasını böyük bir ailə kimi dəyərləndirir. Ölkəmizin Türk Dövlətləri Təşkilatının inkişafına, dünya siyasətində fəal mövqe tutmasına Azərbaycanın töhfələrinin davamlı olduğunu əsaslı şəkildə diqqətə çatdırır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında həyata keçirilən səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər Azərbaycan  Prezidentinin Tacikistana beşinci səfəridir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın dövlət başçısının Tacikistanın Prezidenti Emoməli Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Tacikistan  Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatında Ulu Öndər Heydər Əliyevin iki ölkənin əlaqələrinin inkişafında rolundan geniş bəhs edərək bildirdi ki, Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr bu gün uğurla davam etdirilir. Cənab İlham Əliyevin  səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.

Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.

Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Dövlət başçısı cənab İlham Əliyev  mətbuata bəyanatında bu mühüm məqama diqqəti yönəltdi ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi: «Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.» Cənab İlham Əliyev hər iki ölkənin çətinlikləri dövrünə diqqəti yönəldərək bugünkü inkişaf yolunun təhlili əsasında belə bir qənaəti  açıqladı ki,  xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş Sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir: «Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.»

Cari ilin 3 ayının xarici siyasət uğurlarına qısa baxış əsasında bu ümumiləşdirməni də apara bilərik ki, Azərbaycanın müstəqil siyasəti, dəyişməz prinsiplərə əsaslanan xarici siyasət kursu yeni-yeni dostların, tərəfdaşların qazanılmasında mühüm rol oynayır. Ədalətin və beynəlxalq hüququn yanında  olan Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni  reallıqlar yeni çağırışları özündə ehtiva edir. Reallıqlara uyğun formalaşan yeni dünyanın yenidən qurulması günün əsas hədəfidir. Azərbaycan bu çağırışları əməli fəaliyyəti ilə cavablandırır.

Zərdab rayon Tarix-Diyarşünaslıq evinin direktoru Şahnaz Mustafayeva

 

 

 Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur.

Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra hər iki prezident mətbuata Bəyanatla çıxış ediblər. Bir sıra sahələr üzrə imzalanan müqavilə və sənədlər hər iki ölkə arasında yaxşı iqtisadi əlaqələrin, siyasi münasibətlərin göstəricisi hesab edilə bilər.
Tacikistan prezidenti Emoməli Rəhmon çıxışında qeyd edib ki, “Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.”
Qeyd edək ki, Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər.

Tacikistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin şaxələndirilməsi ciddi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ölkəyə üçüncü səfəri də mühüm əhəmiyyətə malikdir. İstər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına böyük önəm verən cənab Prezident Asiyanın bu açar ölkəsinə səfərində qarşıya qoyulmuş məqsədlərə nail olmuşdur. Mətbuata bəyanatında qeyd etdiyimiz münasibətlərin əsil dost, qardaş münasibətləri olduğunu qeyd edən cənab Prezident demişdir: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.”
Azərbaycan-tacikistan mədəni əlaqələrinin çox qədim tarixi var. Qardaş tacik xalqı böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə tanışdır və onun əsərləri Tacikistanda həmişə populyar olmuşdur. Azərbaycan – Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub. 2008-ci ilin 9-12 noyabrında isə Tacikistanda “Azərbaycan mədəniyyət günləri”nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, “Didor-Düşənbə” 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı “Düyün” və Murad İbrahimbəyovun tammetrajlı “Üç qız” filmi nümayiş etdirilib.
Cənab Prezident çıxışında bildirib ki, mədəni əlaqələrin bundan sonra da davam və inkişaf etdirilməsi başlıca prinsiplərdən biri olaraq qalır. “Mərkəzi Asiyanın bu ölkəsinə səfəri ilə ölkə başçısı Azərbaycan xarici siyasətində prioritet məsələ olan qardaşlıq, mənəvi bağlılıq, tarixi ənənələrə sadiqlik olduğunu bir daha göstərdi. “Böyük ipək yolu” üzərində yerləşən Tacikistanla imzalanmış sənədlər də iqtisadi baxımından kifayət qədər səviyyəli sənədlərdir. Bu da onu göstərir ki, ölkəmizin başçısı belə əılaqələrin inkişaf etdirilməsi ilə Azərbaycanın gələcəkdə daha mühüm layihələrə imza atması, investisiya qoyuluşu kimi məslələrdə mühüm rol oynayacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Nicat Əhmədzadə

 

 

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

Cari il aprel ayının 5-də Prezident cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinə gəlib. Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti əsasında baş tutan səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.

Qeyd etmək lazımdır ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir və Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Ölkələrimiz arasında ümumilikdə bir çox sənədlər, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Azərbaycan və Tacikistan parlamentləri arasında da bu gün sıx əlaqələr mövcuddur.

Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna çox ağır və çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin möhkəmlənməsinə zəmin yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.

Düşənbə şəhərində Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”.

Səfər zamanı baş tutan danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Eyni zamanda iqtisadi, nəqliyyat sahəsində münasibətlər daha da genişləndirilir. Bu gün məhz nəqliyyat-kommunikasiya sahəsində Azərbaycanın qlobal layihələri Orta dəhliz ideyasının inkişaf etdirilməsi, Zəngəzur dəhlizi, Ələt terminalının istifadəyə verilməsi Azərbaycanı Tacikistan üçün daha da cəlbedici edir. Azərbaycan vasitəsilə Tacikistan Qərbə çıxış əldə bilər və böyük bir coğrafiyada əməkdaşlıq münasibətlərini inkişafına səbəb olar. Məhz bu baxımdan görüşlər çox mühüm xarakter daşıyır.

Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb edən turizm məkanına da çevriləcəkdir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

 Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir.

Prezident cənab İlham Əliyev aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri edib. Ölkə başçısı Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatla çıxış edib. Çıxış zamanı hər iki ölkə arasındakı dostluq əlaqələrindən, Azərbaycan və Tacikistanın milli maraqlarına əsaslanan səyasətdən danışılıb.  Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.

Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır.

Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.

Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış,  orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.

Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

Azərbaycan-Tacikistan münasibətlərinin qədim tarixi var. Sevindirici haldır ki, ənənələr bu gün də yaşayır. Hazırda iki ölkə arasında dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə uğurla inkişaf edir. Hər iki ölkədə münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsində həm dövlətlər güclü siyasi iradə göstərirlər, həm də cəmiyyətlərdə buna böyük istək var. Azərbaycanın və Tacikistanın bir-birinə xoş münasibəti Prezident İlham Əliyevin aprelin 5-də bu ölkəyə uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə bir daha səmimiyyətlə vurğulanıb. Azərbaycanın dövlət başçısının Düşənbədə mətbuata verdiyi bəyanatda bildirildiyi kimi, hər iki ölkənin bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürləri var.

Azərbaycanla Tacikistanı oxşar taleli ölkələr adlandırmaq mümkündür. Təxminən 70 il ərzində eyni dövlətin – keçmiş SSRİ-nin tərkibində olan hər iki ölkə ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra da bir-birinə bənzəyən yol keçiblər. Belə ki, imperiya buxovlarından qurtulan ölkələrimiz müstəqilliyin ilk illərində çətinliklərlə üzləşiblər. Həm Tacikistanda, həm də Azərbaycanda ictimai-siyasi sabitlik pozulub, vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Belə vəziyyət Azərbaycanda və Tacikistanda hələ çox kövrək olan müstəqilliyə ciddi təhdidlər yaradırdı. Hər iki ölkə çətin vəziyyətdən məhz liderlərin uzaqgörənliyi sayəsində çıxmağı bacarıb. Həm Prezident Heydər Əliyev, həm də Prezident Emoməli Rəhmon hərəsi öz ölkəsində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Hər iki ölkə müxtəlif sahələrdə böyük uğurlar qazanıblar ki, bunun da əsasında sabitlik dayanır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq.

Azərbaycanla Tacikistan arasında münasibətlər xoş mərama əsaslanmaqla, həm də çoxvektorlu olması ilə səciyyələnir. İlk növbədə, siyasi dialoqun məmnunluq doğuran yüksək səviyyəsini qeyd edə bilərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycan Prezidentinin Tacikistana bəhs olunan dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Tacikistan Prezidentinin dəvəti əsasında baş tutan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də tərəflərin əməkdaşlığın spekt-rini genişləndirmək niyyətində olduqlarını təsdiqləyir.  Bu səfər Azərbaycan Prezidentinin Tacikistana sayca beşinci səfəridir. Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq digər istiqamətlərdə də ikitərəfli əməkdaşlıq  uğurla inkişaf edir. 2008-ci il fevralın 7-də Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın 5 iclası keçirilib.

Azərbaycan və Tacikistan indiki şəraitdə yeni çağırışlara uyğun olaraq münasibətlərini daha da irəli aparmaq niyyətindədirlər. Dövlət başçılarının vurğuladıqları kimi, əməkdaşlığın prioritet sahələri də müəyyənləşdirilib. O cümlədən nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

Şərhlər

Şərh yazılmayıb.