Huquqaz.com

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

06.11.2022
1.716
Qarabağ münaqişəsi artıq tarixdə qalıb

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın parlaq qələbəsi, həmçinin azad olunmuş ərazilərimizdə son dövrlərdə baş verən proseslər hər kəsin diqqət mərkəzindədir. Qarabağ münaqişəsi tamamilə öz həllini tapmışdır. Ermənistan tərəfinin təxribatları və çirkin niyyətlərinin qarşısı Rəşadətli Ordumuz tərəfindən alınır. Əgər Ermənistan siyasi hakimiyyəti bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə məkrli əməllərindən əl çəkib masa üzərində sülh danışıqlarına razı olmalıdır. Rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılmasına yaradılan maneələr və sərhəddəki pozuculuq fəaliyyətləri bölgəmizdə həm sülhə, həm iqtisadi inkişafa mənfi təsir göstərir. Hərbi əsirlərin dəyişdiriilməsi prosesində də Ermənistan  yalan və böhtan xarakterli məlumatlar yayır. Bunun bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Bu Ermənistan üçün ilk deyil, Qarabağ münaqişəsinin nizamlanması zamanı gedən danışıqlar prosesində də Ermənistan çox fərqli və qeyri-ciddi mövqeyi sərgiləmişdir. Lakin Ermənistandan fərqli olaraq Azərbaycan Respublikası bütün zamanlarda ciddi siyasi iradə və qətiyyətli mövqe nümayiş etdirmişdir.

Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır. Bütün region ölkələri üçün bu ən əlverişli mövqedir. Ölkələr arasında yaranacaq mehriban qonşuluq münasibətləri regionun iqtisadi cəhətdən inkişaf etməsinə çox böyük töhfələr verəcəkdir.

 

Nuray Kərimli  –Zərdab şəhər sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.