Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir
Ermənilərin sərhəddə törətdikləri təxribatlar yalnız sülh müqaviləsinin imzalanmasını və sərhədlərin delimitasiya prosesini yubatmağa hesablanıb. Vətən müharibəsindən ötən dövr ərzində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusuna qarşı bu təxribatları daha çox müşahidə edirik. Bununla ermənilər bir daha sübut etdilər ki, sülh danışıqlara ciddi yanaşmırlar. Dövlət sərhəddində baş verənlər bir daha Ermənistanın revanşist fikirlərindən hələ də əl çəkmədiyini göstərir. Ermənistan qəsdən atəşkəsin şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmaqla dünya ictimaiyyətində münaqişənin hələ də bitmədiyi fikrini yaratmağa çalışır. Azərbaycan dövləti hər zaman olduğu kimi, bütün təxribatlara layiqli cavab verib və ərazi bütövlüyünü qorumağa hazırdır. Onlar Azərbaycanı dünyaya təcavüzkar kimi göstərib, beynəlxalq aləmdə çətin vəziyyətdə qoymağı hədəfləyirlər. Erməni revanşistləri vəziyyətin sabit olmadığını göstərmək istəyirlər. Ermənistan, həmçinin bununla özlərinin köməyə ehtiyacı olduqlarını göstərmək istəyir.
Azərbaycan torpaqlarına, Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Onlar bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribat ağır cəzalandırılacaq. Biz bunu avqustun-sentyabr əməliyyatları zamanı da gördük. Amma görünür, bu Ermənistana yaxşı dərs olmayıb. Ermənistanın bütün hərbçiləri Azərbaycan ərazisindən dərhal çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Görünür Ermənistan sülhə məcbur edilməlidir.
Famil Abbasov – Zərdab rayon Alıcanlı kənd sakini, Vətən mühribəsi iştirakçısı
Şərh yazılmayıb.