Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir
Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir
Azərbaycan bu gün istər Xəzəryanı istərsədə digər beynəlxalq ölkələrlə mehriban dostluq və qonşuluq münasibətləri qurmuşdur. Bundan başqa Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində, Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsində Xəzəryanı dövlətlərlə uğurlu qarşılıqlı fəaliyyət istiqamətində əməli işlər görülmüş bu istiqamətdə işlər davam edir. Ölkə başçısı dəfələrlə çıxışlarında qeyd etdiyi kimi Xəzər dənizinin ekolji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində vacib amillərdəndir. Bu gün Azərbaycanda daxil olmaqla digər Xəzəryanı ölkələrlə Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Ölkə başçısının apardığı daxili və xarici siyasət nəticəsində Xəzər dənizinin ekolji problemlərinin həlli istiqamətində xeyli işlər görülmüş beynəlxalq aləmdə bu işlər yüksək qiymətləndirilir.
Ehtiram Osmanov
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Şərh yazılmayıb.