Huquqaz.com

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir

04.07.2022
1.889
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir

Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransında artıq Parlament Şəbəkəsini yarandı. Məlumdur ki, keçən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq, Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunmasını üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisidir. Hazırda parlament diplomatiyasının qlobal səviyyədə inkişaf etdirilməsi zərurəti vardır. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dediyi kimi, “hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiya böyük əhəmiyyət kəsb edir” .

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir. Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransa ev sahibliyi etməsi də rəmzi məna daşıyır. Çünki, bu gün Azərbaycan dünyaya sülhyaratma prosesi istiqamətində mühüm bir təcrübə sərgiləyir. Digər tərəfdən isə dayanıqlı inkişafa öz töhfəsini verir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. Bu sahədə qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya ehtiyac var. Konfrans çox məhsuldar keçdi, belə ki, tədbir zamanı, “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi, qurumun sədri və sədr müavinləri seçildi. Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə ikitərəfli görüşləri keçirildi.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.