Huquqaz.com

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

28.09.2022
2.288
44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna qarşı başlamış haqq savaşımızda Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan cənab İlham Əliyevin qazandığı tarixi zəfər uzaqgörən görkəmli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoydu, ədalətli müharibə apararaq torpaqlarımızı azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini – minlərlə canlı qüvvəsini, yüzlərlə hərbi texnikasnı məhv etdi. Haqq savaşımızda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu düşmənə diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun illər ərzində formalaşan və güclənən hərb tarixinin nəticəsi idi.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün vətən övladlarının ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfa diləyirəm.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov

Şərhlər

Şərh yazılmayıb.