Forumun siyasi aktuallığı
Forumun siyasi aktuallığı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 16 iyun 2022-ci il tarixində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlamışdır.
Forumda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Qlobal dünya nizamına mane yaradacaq mühüm problemlər, dünyada təhlükəsizliyin və sülhün təmin olunması, artan ədalətsizliklər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin və sair mühüm məsələlərin müzakirəsi forumun əsas mövzusudur.
Forumun açılış mərasimində çıxış edən prezident İlham Əliyev Azərbaycanın və regionun təhlükəsizlik məsələlərinə toxunaraq Qarabağ münaqişəsinin həllinin də regionda sülh və təhlükəsizlik üçsn bir fürsət olduğunu vurğulamışdır.
Forum öz işini iyunun 18- dək davam etdirəcəkdir.
Mayisə Xəlilova Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Şərh yazılmayıb.