Prezidentin yaxın tərəfdaş olaraq qeyd etdiyi beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi olaraq qeyd edilməsinin ciddi əsasları vardır
Azərbaycan Prezidentinin yaxın tərəfdaş olaraq qeyd etdiyi beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi olaraq qeyd edilməsinin ciddi əsasları vardır
Prezident cənab İlham Əliyevin 6 ayın yekunlarınına həsr olunmuş müşavirədə anonsunu verdiyi enerji təhlükəsizliyi ilə bağlı müvafiq sənəd-Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu iyulun 18-də Bakı şəhərində imzalanmışdır. “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var” ,- deyən Prezident İlham Əliyev imzalanmış yeni sənədin əhəmiyyətinə toxunaraq vurğuladı ki, “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq… Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq”.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə öz növbəsində Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bildirdi ki, “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub əQaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.
Prezident İlham Əliyev qeyd etdi ki, ABŞ ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığımız inkişaf edir. ABŞ Prezidenti 2 dəfə-Müstəqillik Günü və Bakı Enerji Həftəsinin açılışı ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubları göndərmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, “Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. “ Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 4 İyul İstiqlaliyyət Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd etmişdir ki, “30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”
Həqiqətən də, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik, kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbyacan Prezidenti İlham Əliyev dünya miqyasında mahir diplomat, Müzəffər Ali Baş Komandan və nəhəng siyasi lider kimi tanınır. Cari ilin 6 ayının xarici siyasət yekunları da yuxarıda səslənən fikirlərin həqiqiliyini tam təsdiqləyir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.