Huquqaz.com

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var

22.05.2024
2.946
Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Səfər zamanı həmçinin ölkələrimizin münasibətlərinin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilmiş və gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilmişdir. Məlum olduğu kimi həm Belarusda, həm də ölkəmizdə birgə istehsalın təşkili bir çox illər öncə yaradılmışdır. Bura maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələr daxildir.

Belarusun Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı sərgilədiyi prinsipial mövqe, Azərbaycanın Belarusa bu ölkə üçün çətin məqamlarda verdiyi dəstək, həmçinin Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunmaları ikitərəfli münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu təsdiqləyir.

Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, işğal illərində hər şey dağıdılıb və bu baxımdan infrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Belarusun isə çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Şübhəsiz ki, dost ölkənin işğaldan azad erdiyimiz ərazilərdə quruculuq-bərpa işlərində yaxından və fəal iştirakı ikitərəfli ələqələrin inkişafına da öz töhfəsini verəcək. Azərbaycan və Belarus arasında imzalanan yeni sənədlər isə qarşılıqlı əməkdaşlığın bir sıra yeni istiqamətlər üzrə intensivləşəcəyini söyləməyə əsas verir. Bakı və Minsk, Gəncə və Qomel,  Qəbələ və Qrodno şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair anlaşma memorandumları isə, iki ölkənin, təkcə mərkəzi hakimiyyət orqanlarının deyil, ayrı-ayrı inzibati ərazi subyektlərinin də daha yaxından əməkdaşlıq edəcəklərini təsdiqləyir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparılıb. Prezident Aleksandr Lukaşenko, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır.

Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulub. İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Bu il mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdilər.

Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Sözsüz ki, Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərə gedişi tarixi hadisə idi. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq iş­lə­ri başladı. Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda quruculuq işlə­ri­nin dinamikasının yüksəldiləcəyini də bildirdi. Vurğulanıb ki, işğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır.

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında çox mühüm və vacib məsələlərə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir. Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.

Möhtərəm Prezidentimiz onu da bildirdi ki, bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, – bu barədə də danışdıq, – aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır.

Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da Azərbaycana dövlət səfəri də bu baxımdan dünyanın diqqət mərkəzində oldu. Dövlət səfəri iki dövlət arasında möv­cud münasibətlərin daha da genişlənməsi istiqamətində tarixi səfər oldu. Səfər çərçivəsində Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda dövlət­lə­ra­rası mü­na­sibətlərin qarşılıqlı inama, etibara əsaslandığını xatırladaraq bu səfərin Azər­bay­can – Bela­rus mü­nasibətlərində daha geniş sahələri əhatə edəcəyinidə, əlaqələrin şəbəkəsinin genişlənə­cəyini də bildirərək dedi: “Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılma­sın­dan gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliy­yatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində aparılmış müzakirələr, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha dinamik inkişafına önəmli töhfə olacaqdır. Cənab Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını geniş təhlil edərək, bu inkişafın dinamikasını xüsusi qeyd etdilər.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, daha sonra hər iki liderin digər azad edilmiş torpaqlara ziyarəti, tarixi Şuşa şəhərində bir sıra tədbirlər və açılışlara qatılması xalqımızın yaddaşında əbədi həkk olunacaq. Səfərin ümumi təhlili bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan və Belarus etibarlı və strateji tərəfdaşdırlar. Əminik ki, Azərbaycan və Belarus Prezidentləri arasındakı səmimi dostluq əlaqələri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı anlaşma regionda davamlı sülhün əldə olunması üçün mühüm amil olacaqdır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Dostluq münasibətləri.

Belarus prezidentinin Azərbaycana səfərini cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətinin davamı kimi dəyərləndirə bilərik. Azərbaycan-Belarus dövlətlərarası əlaqələri təkcə sıx ticarət-iqtisadi əlaqələrə, regional və beynəlxalq siyasətin bir sıra sahələrində ümumi milli maraqlara deyil, həm də ümumi tarixə əsaslanır. Azərbaycan və Belarus liderlərinin özləri də dəfələrlə bəyan etdikləri kimi, iki dövləti çoxdan səmimi dostluq münasibətləri birləşdirir. Təbii ki, beynəlxalq münasibətlərin qurulması baxımından dövlət başçılarının rolu həlledici əhəmiyyət kəsb edir. Azərbaycan ilə Belarus arasında uzunmüddətli əlaqələr bu cür qarşılıqlı fəaliyyətə nümunə ola bilər. Prezident İlham Əliyevlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında çoxillik və zamanın sınağından çıxmış möhkəm dostluq telləri onların milli və dövlət maraqlarını müxtəlif beynəlxalq platformalarda çiyin-çiyinə müdafiə etməyin şəxsi nümunəsidir. Dostluq və qarşılıqlı hörmət telləri bir-birinin fikrinə diqqətli münasibət, nəzərdə tutulan planların həyata keçirilməsinə məsuliyyətli münasibət və maraqların qarşılıqlı dəstəyini diktə edir.

Məlumdur ki, Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Belarusun ən mühüm tərəfdaşlarından biridir. İyirmi ilə yaxındır ki, Bakı Belarusdan müxtəlif növ silahların: artilleriya, tanklar, zirehli texnika, döyüş təyyarələri alınması üzrə liderlər siyahısındadır. Hərbi əməkdaşlığın səmərəliliyi 44 günlük Vətən Müharibəsi zamanı, Azərbaycanın öz ərazilərini erməni separatçılarından azad etmək üçün vuruşduğu zaman bariz nümunə oldu. Bu gün Azərbaycan bütün beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini bərpa edərək, işğalçılar tərəfindən şəhər və kəndləri xarabalığa çevrilmiş Qarabağ bölgəsinin dirçəldilməsi ilə fəal məşğuldur. Azərbaycanla həmrəylik nümayiş etdirərək, bu tarixi məqamın gəlişində Azərbaycan xalqı ilə qürur və xoşbəxtlik hissini bölüşərək, bir sıra ölkələr bu ərazilərin infrastrukturunun bərpası işlərinə qoşulmaq təşəbbüsü ilə çıxış etmişdilər. Bu dost ölkələr arasında təbii ki, Belarus da var. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana iki günlük dövlət səfəri zamanı respublikanın Qarabağda genişmiqyaslı işlərdə iştirak etmək niyyətini təsdiqləyib. Aleksandr Lukaşenkonun Füzuliyə və Şuşaya səfəri, burada erməni vandalizminin nəticəsində dağıdılmış kənd və şəhərlərlə tanış oldu, burada aparılan bərpa-tikinti layihələri ilə tanış oldu və gələcək inkişaf perspektivləri müzakirə edildi. Belarus nümayəndə heyətinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalandığı, mühüm razılaşmaların əldə edildiyi, əlavə təmas nöqtələrinin və qarşılıqlı fəaliyyət yollarının tapılması Azərbaycan-Belarus dostluq müttəfiqliyində daha bir əlamətdar hadisə oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

 

Obyektiv həqiqət.

Son illər Azərbaycanın dünya ölkələri qarşısında mövqeyinin artması bu gün ölkəmizin xarici dövlətlərlə münasibətinə yüksək təsir edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində xüsusi rolu olan ölkələrdən biri də Belarusdur. İki ölkə arasında hələ 20-ci əsrin sonlarından başlanan diplomatik tərəfdaşlıq bu gün strateji ortalıq əhəmiyyəti kəsb edir. Prezident İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da bu məsələyə toxunub. Ölkə başçısı öz çıxışında Azərbaycanla Belarus arasında  yüksək səviyyəli dostluq münasibətlərinin olduğunu, aparılan danışıqlar və təkbətək görüşlərin iki ölkə üçün önəmli olduğunu qeyd edib.

Bu gün iki ölkə arasında ticarət və iqtisadi fəaliyyət mövcuddur. Elə məhz bu səbəbdən görüş zamanı müzakirə edilən məsələlər daha çox bu istiqamətdə yönəlib. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrin artırılması hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasındakı münasibətlərdə əsası təşkil edən sənaye kooperasiyalarının yaradılması və birgə istehsal potensialının artırılmasıdır. Həmçinin hərbi-sənaye komplekslərinin, kənd təsərrüfatının inkişafı, nəqliyyatda əlaqələrin artırılması məsələləri əməkdaşlıq üçün praktiki əhəmiyyət daşıyan mövzulardır. Bundan əlavə, qeyd etmək lazımdır ki, işğal dövründə dağıdılmış ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsi məqsədilə də addımlar atılması proqnozlaşdırılıb.

Bu gün Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Buna görə də, Belarus tərəfi Azərbaycanla münasibətlərin daha yüksək spektora gəlib çatmasından maraqlıdır. Çıxışında bu məsələ ilə bağlı fikir bildirən Lukaşenko qeyd edib ki, Azərbaycan Qafqaz regionunu nəzarətdə saxlamaq qabiliyyətinə malikdir, Azərbaycan bütün Qafqazdakı vəziyyətə cavabdehdir və sabitliyin yaranmasındakı ən böyük sahibi elə məhz Azərbaycandır. Quruculuq işlərinin aparılması, sülh quruculuğu ilə təcrübələr digər qeyri-sabitlik ocaqlarına nümunə əhəmiyyəti daşıyır.

Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinə nəzər salsaq bir daha görərik ki, bu sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf dönəminin xəbərçisidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində iki ölkə arasında tarixdən gələn dostluq münasibətləri daha da möhkəmlənərək inkişaf etdi. Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir.

Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadə edir. Belarus Respublikası o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir. Ümumiyyətlə, Azərbaycan və Belarus təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus beynəlxalq arenada da bir-birini dəstəkləyirlər. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan dərin münasibətlərin mövcud olduğunu Belarus Prezidentinin mətbuata bəyanatında ölkəmiz haqqında söylədiyi fikirlərdən də aydın görmək olar. Beləki, Prezident A.Lukaşenko mətbuata bəyanatında Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olduğunu xüsusi vurğulayaraq qeyd edib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik.” Əlbəttə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsində Prezident İlham Əliyevin şəxsiyyəti və fenomenal liderliyi olduqca mühüm bir amildir. Şübhəsiz ki, Azərbaycan- Belarus münasibətlərinin bugünkü inkişaf səviyyəsinə çatmasında liderlərin şəxsi dostluq münasibəti önəmli rol oynayır.

Bütün bunlarla yanaşı, əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu xüsusilə qeyd etmək lazımdır. Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək. Qeyd etmək lazımdır ki, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri zamanı 9 adda sənəd imzalanmışdır. Şübhəsiz ki, imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərhlər

Şərh yazılmayıb.