Huquqaz.com

30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması üçün yeni imkanlar yaradıb

19.06.2022
1.775
30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin  bərqərar olması üçün yeni imkanlar yaradıb

30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin  bərqərar olması üçün yeni imkanlar yaradıb

Forumda Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı ölkələrin keçmiş başçıları, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Azərbaycanın bu forumlara ev sahibliyi, ildən-ilə iştirakçıların sayında nəzərə çarpan artım ölkəmizə olan diqqət və marağın, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi qeyd edilir. Prezident İlham Əliyev açılış nitqində də bu məqamı xüsusi qeyd etdi ki, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.

30 illik işğala son qoyularaq ədalətin bərpası, Qarabağ münaqişəsinin tarixə qovuşması bölgədə sülhün və təhlükəsizliyin  bərqərar olması üçün yeni imkanlar yaradıb: “30 illik işğal dövründə dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsini regionun iqtisadi inkişafında maneə kimi dəyərləndirirdilər. Tezliklə məsələnin  çözülməsindən bəhs edən dünya gücləri bu gün gerçəkliyə çevrilən həmin istəyin fonunda yenə də konkret addımlar atmaqda tərəddüd edirlər.  Dövlət başçısı İlham Əliyev həmin nitqində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verərək   bildirdi ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi. Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir.

Azərbaycanın dövlət başçısı Forumda bu çağırışı da etdi ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır: “Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb.  Ermənistan buna cavab vermədi. Azərbaycan  beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdü.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.