Huquqaz.com

İki qardaş ölkə

31.05.2022
2.243
İki qardaş ölkə

İki qardaş ölkə

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri getdikcə möhkəmlənir. Xalqlarımızın eyni soy-kökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki qardaş ölkəni vaxt, zaman ötdükcə bir-birinə daha da doğmalaşdırır, sevincli, kədərli günlərdə də biri digərinin yanında olur. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən reallaşdırılan düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib.

Türkiyə ilə Azərbaycanın sıx bağlılığı, doğmalığı Vətən müharibəsində özünü daha qabarıq büruzə verdi. Belə ki, İkinci Qarabağ savaşı başlanan gündən, ilk saatlardan Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi. Bu, xalqımızı ruhlandırdı, eyni zamanda, haqq savaşımıza müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Qardaş ölkənin dövlət başçısı Türkiyənin Azərbaycanın yanında olduğunu dəfələrlə bildirdi və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər cənab Rəcəb Tayyib Ərdoğanın, qardaş türk xalqının siyasi-mənəvi dəstəyi ölkəmizə əlavə güc verdi.

Bununla bağlı Prezident cənab İlham Əliyev çıxışlarının birində deyib: “Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar”.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.