Huquqaz.com

Peşəkarlıq və Vətənə sadiqlik

19.06.2022
2.092
Peşəkarlıq və Vətənə sadiqlik

 Peşəkarlıq və Vətənə sadiqlik

Bu gün ölkəmizin qazandığı uğurların əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində böhrandan qurtularaq dinamik inkişaf yoluna çıxmasına səbəb olub. Müasir Azərbaycan məhz bu dahi şəxsiyyətin sayəsində qurulub və indiki yüksək inkişaf səviyyəsinə çatıb. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Heydər Əliyev özünün yüksək liderlik bacarığı və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və Ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Jalə Kərimli

Zərdab şəhəri, Fəal gənc

Şərhlər

Şərh yazılmayıb.