Huquqaz.com

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi

04.05.2024
2.241
BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi.

Son illərdə Azərbaycanda  mədəniyyətlərarası və sivilizasiyalararası  məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən bu konfranslarda  daha təhlükəsiz, daha ədalətli dünya üçün   təkliflər hazırlanıb təbliğ edilir.Belə konfransların respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Prezident cənab  İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bir daha qeyd etdi ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün vasitəçi olmaq istəyənlərin bölgədən uzaq durması vacibdir. Dövlətimizin  başçısı konfrans iştirakçılarına Azərbaycanın müharibə yolu ilə sülhə nail olmağa məcbur olduğunu da xatırlatdı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsi işləmədi. Çünki implementasiya mexanizmi yox idi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. Azərbaycan  öz ərazisində separatizmi məhv edən ilk ölkədir, ləyaqətlə mübarizə apardı, erməni işğalına son qoydu, ədaləti bərpa etdi. Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması üçün  bütün imkanlardan istifadə edir.  Məhz rəsmi Bakı  Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan məhz o ölkədir ki, baza prinsiplərini, hətta sülh sazişinin layihəsini hazırladı.  İndi iki ölkə arasında danışıqlar gedir və bu danışıqlar bizim təkliflərin layihəsi üzərində aparılır.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva

 

 

Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar.

Ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən mədəniyyətimizin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına, eləcə də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin respublikamızın dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.Dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir. Başqa sözlə desək, real coğrafi və geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlətdir.  Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlərBütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir.Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

Şərhlər

Şərh yazılmayıb.