Huquqaz.com

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

10.05.2022
2.165
Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində yeni mütəqil olmuş kiçik bir ölkə olan Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Çox güman ki, biz bu gün çətinliklə əldə olunmuş müstəqilliyimizin 30 illiyini qeyd edə bilməyəcəkdik. Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkərəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi

mərhələ – dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı. Heydər Əliyevin uğurlu vəcəsarətli xarici siyasəti, ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etmə bacarığı iləAzərbaycanın dayanıqlı inkişaf yolu keçməsinə səbəb oldu. Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdəçətinlik çəkirdilər. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri – obyektiv münasibəti vəbaxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi.

 

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin -müəllimi Bəkirov Rövşən

Şərhlər

Şərh yazılmayıb.