Huquqaz.com

AZƏRBAYCANIN MDB TƏŞKİLATINDA NÜFUZU VƏ HÖRMƏTİ YÜKSƏKDİR!

10.10.2024
1.787
AZƏRBAYCANIN MDB TƏŞKİLATINDA NÜFUZU VƏ HÖRMƏTİ YÜKSƏKDİR!

AZƏRBAYCANIN MDB TƏŞKİLATINDA NÜFUZU VƏ HÖRMƏTİ YÜKSƏKDİR!

Cənab Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bir daha bildirdi ki, möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcək.Dövlətimizin xarici siyasətində ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsasdır. Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, ona yeni çalarlar əlavə olunur. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Hər iki tərəf münasibətlərin səviyyəsindən məmnundur. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirlər. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Münasibətlərimiz çoxşaxəlidir. Vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var. Tarixi Zəfərimzdən sonra qarşılıqlı səfərlərə diqqət yetirəndə əsas müzakirə mövzularından birinin məhz şanlı Qələbəmizin yaratdığı reallıqlar diqqətdən kənarda qalmır. Onu da qeyd edək ki, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixil üçtərəfli Bəyanatın iştirakçılarından biri Rusiya Prezidenti Vladimir Putin oldu. Onun təşəbbüsü və iştirakı ilə dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olmuşdur. Bu görüşlər Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesində müəyyən irəlilləyişlərə yol açdı. 30 illik işğal dövründə keçmiş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyi Azərbaycan üçün daim maraqlı idi.  Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Bu reallıqlar Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlarda əlaqələrinin daha yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulmasında və yeni istiqamətlər üzrə inkişafında maraqlı olan Azərbaycanın Rusiya ilə münasibətləri möhkəm təmələ əsaslanır. Qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, hər bir ölkənin potensial imkanlarının təqdimatına da öz müsbət təsirini göstərir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Rusiya və Azərbaycan dövlət başçıları hər zaman Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirir və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırırlar. Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcək. Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı münasibətlərimizin təqdimatında əhəmiyyətli rol oynadı.Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini önə çəkən cənab İlham Əliyev bildirdi ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Ölkə Prezdenti bu mühüm məqamı xüsusi qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Təbii ki, bu mühüm addım tarixi Zəfərimizin reallıqlarının təqdimatında öz sözünü deyəcək. Hazırda nəinki Laçın, işğaldan azad edilmiş bütün ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

 

 

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev

Şərhlər

Şərh yazılmayıb.