Huquqaz.com

“Azəriqaz” İB-də 8 ay ərzində həssas qrup tərəfindən ünvanlanan müraciətlərin sayı açıqlandı-VİDEO

16.09.2022
1.306
“Azəriqaz” İB-də 8 ay ərzində həssas qrup tərəfindən ünvanlanan müraciətlərin sayı açıqlandı-VİDEO

SOCAR “Azəriqaz” İB-də 8 ay ərzində həssas qrup tərəfindən ünvanlanan müraciətlərin sayı açıqlandı.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyində Kütləvi İnformasiya Vasitələri və QHT nümayəndələri ilə növbəti görüş keçirilib. “Açıq qapı” aksiyasında ilk olaraq Ermənistan ordusunun Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatlar zamanı şəhid olmuş hərbçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəhid ailələri, qazilər, veteranlar və digər statuslu vətəndaşlara hər zaman xüsusi həssaslıqla yanaşılaraq diqqətdə saxlanıldığını qeyd edib. Bunun bariz nümunəsi kimi şöbə rəhbəri son 8 ayda adıçəkilən həssas qrupun üzvləri tərəfindən ünvanlanan müraciətlərin həlli istiqamətində atılan addımları misal göstərib. Eldəniz Vəliyev cari ilin bu dövrü ərzində quruma daxil olan 710 müraciətdən 525-nin artıq icra olunduğunu vurğulayıb.
“Açıq qapı”da media nümayəndələri önündə çıxış edən Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli qurumda 162 Qarabağ müharibəsi və 19 şəhid ailəsi üzvünün çalışdığını bildirib. Qurum rəsmisi, həmçinin qeyd edib ki, “Azəriqaz” İB-nin həyata keçirdiyi ‘Mühəndis İnkişaf Proqramı”nda qalib gələn 148 nəfərdən 81-i Vətən müharibəsi iştirakçısıdır.
“Açıq qapı” aksiyasında, həmçinin 2022-ci ilin 8 ayı ərzində daxil olan ümumi müraciətlərin sayı da açıqlanıb. Bunun haqqında ətraflı məlumat verən Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev vurğulayıb ki, ünvanlanan 5412 müraciətdən əksəriyyəti debitor borcların hissə-hissə ödənilməsinə icazələrin verilməsindən ibarətdir. Şöbə rəisi eyni zamanda bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayında azalma müşahidə olunub.

Şərhlər

Şərh yazılmayıb.