Huquqaz.com

Dövlət idarəsində əxlaqsızlıq edən məmur – VİDEO

01.10.2024
2.027
Dövlət idarəsində əxlaqsızlıq edən məmur – VİDEO
Nazim Eynallı.
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəisi olan bu şəxsin adı uzun zamandır ki, qalmaqallı mövzularla məşhurlaşmış sayılır.

Mövzuya başlamadan öncə xüsusilə vurğulamaq istəyirik ki, “DogruXeber.az” olaraq bizim Nazim Eynallı ilə heç bir şəxsi ədavətimiz və şəxsi qərəzimiz yoxdur, ümumiyyətlə bu adamı şəxsən tanımırıq, nə də bəzilərindən fərqli olaraq, kimsənin “muzdlu mirzə”si deyilik ki, təmənna ilə şəninə təriflər yazaq. Elə buna görə də mövzunu yayımlamadan əvvəl obyektiv olaraq, Nazim Eynallıya zəng edib, barəsində redaksiyamıza daxil olan müraciətlə bağlı onun da mövqeyini öyrənmək istədik ki, materiala əlavə edək. Lakin, təəssüflər olsun ki, özümüzü təqdim edib, zəng etmə səbəbimizi deyən kimi, Nazim Eynallı telefonu söndürüb, nömrəmizi blok etdi.

Rəhmətlik babam arada kim üçünsə deyinəndə deyərdi, “köpəkoğlunun pis işi, adama dilini uddurur”.

Yox, biz əsla Nazim Eynallı barəsində deyilənlər yüz faiz həqiqətdir deyə iddia etmirik, işimizin gərəkdirdiyi kimi vətəndaşın müraciətini ictimailəşdiririk ki, şikayətçi xanım Zümrüd Atakişiyevanın da qeyd etdiyi kimi, aidiyyatı üzrə yerli idarələrin icra etmək istəmədiyi işi, aidiyyatı qurumlar özləri görüb, araşdırıb, qanunamüvafiq qaydada çarə etsinlər. Amma, Nazim Eynallı telefona cavab verməyərək, məsələyə aydınlıq gətirməkdən yayınaraq – bir sözlə, susaraq xanımın iddialarını təsdiqləmiş olur.

Xatırladaq ki, Şamaxı rayon Sabir qəsəbə sakini Atakişiyeva Zümrüd Arif qızı agentliyimizin tabeliyində fəaliyyət göstərən, “Kanal14” YouTube kanalımıza videomüraciət göndərərək, əvvəllər 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də kargüzarlıqda çalışdığını və çalışarkən idarənin müdiri Nazim Eynallının ondan çay gətirməsini istədiyini, çay apardığında isə otağın qapısını arxadan bağlayaraq ona cinsi təcavüz etdiyini bildirmişdi.

Bu hadisədən sonra hamilə qaldığını iddia edən Zümrüd Atakişiyeva bildirir ki, həmin vaxt o, ailəli imiş və həyat yoldaşı sözügedən idarədə fəhlə işləyirmiş. O, hamilə qaldığında isə Nazim Eynallı ondan, gələcəyi üçün hər şey edəcəyini vəd edərək, uşağı dünyaya gətirməsini istəyib, hələ üstəlik uşağa adı belə özü qoyub.

Bundan əlavə, Zümrüd Atakişiyevanın həyat yoldaşı Mehman Atakişiyevi otağına çağırıb, onun hamilə arvadının bətnindəki uşağın məhz ondan olduğunu deyib və ailənin dağılmasına səbəb olub.

Beləliklə, uşaq dünyaya gəldikdən sonra Nazim Eynallı məsuliyyəti üzərindən atıb. Uşağa soy adını verməkdən imtina edib.

Bundan sonra, Zümrüd Atakişiyeva məhkəməyə müraciət edərək, övladının atalıq hüququnu qanuni yolla təmin etdirmək istəyib.

Zümrüd Atakişiyevanın sözlərinə görə DNA analizi verməməsi üçün Nazim Eynallı ona 50.000 (əlli min) manat pul təklif edib. O, pulu qəbul etmədiyi üçün Nazim Eynallı ona hədə-qorxu gəlib, hətta böhtan ataraq qardaşını həbsə saldırıb, yalnız o, analiz vermədiyi və iddiasından geri çəkildiyi zaman qardaşını həbsdən azad etdirəcəyini deyib.

Rayon yerində, bir yol idarəsinin müdiri öz səhvini ört-basdır etmək üçün əlli min pul xərcləmək istəyir?

İlk baxışdan inandırıcı gəlmir, doğrudur. İlk ağıla gələn bu olur ki, bir idarə müdiri necə olur ki, rayonda fəaliyyət göstərən bütün yerli icra orqanlarına təsir edə bilir?

Adama elə gəlir ki, Zümrüd Atakişiyeva onun barəsində mübaliğə ilə danışır. Lakin, Nazim Eynallının Zümrüd xanımla danışıb ona vədlər verərkən qeyd alınan səs yazılarını dinlədiyimizdə təəccübümüz də böyüdü, şübhələrimiz də.

Yeni yaranan şübhələrimiz isə Nazim Eynallının vəzifə səlahiyyətlərinin icrası ilə bağlıdır.

Vəd verərkən qeydə alınan səs yazısında Nazim Eynallı xanıma istədiyi vaxt, istədiyi qədər pul verəcəyini, istədikləri məktəbdə oxudacağını və mənzillə təmin edəcəyi sözünü verir.

Maraqlıdır, idarə müdirinin maaşı nə qədərdir ki, rahatlıqla bu qədər vədlər verir?

Yeri gəlmişkən, vəd etdiyi mənzil də, sən demə zəlzələ zamanı mənzili zərər görmüş şəxslər üçün nəzərdə tutulan və dövlətin büdcəsi hesabına tikilən mənzillərdəm imiş.

Nazim Eynallının bu sahəyə nə kimi aidiyyatı var ki, dövlətin tikdiyi mənzildən peşkəş verir, öz səhvlərini yuyur?
Buna deyirlər, “hamam suyu ilə özünə dost qazanmaq”.

Nazim Eynallının vədlərini dinlədikcə, belə anladıq ki, Şamaxı rayonunda 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC başda olmaqla, çox qurumlarda ciddi araşdırmalar aparılmalıdır.

Nazim Eynallının aidiyyatı olmayan sahənin adından əminlə danışması, həmin idarədə sözünün keçərli olduğunu göstərir, amma sözünü keçərli edən səbəbi isə hələlik müəmmalıdır.

P.S: Zümrüd Atakişiyevanın iddiaları ilə bağlı aidiyyatı üzrə Azərbaycanın Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) redaksiyamız tərəfdən rəsmi sorğular göndərilib.

Onlarda hələ ki, yalnız AAYDA “cavab” göndərib. Cavab sözünü dırnaqda yazmağımızın səbəbi isə, cavab məktubunun vəzifə səlahiyyətlərindən gen-bol istifadə edərək, nəyinki dövlət büdcəsinə, hətta, sadə insanların namusuna, ailə həyatına ciddi zərər vuran Nazim Eynallının sanki “qoruyucu mələyi tərəfindən göndərildiyini” andırmasıdır.

Güman edirik ki, ən qısa zamanda digər aidiyyatı qurumlar bu barədə lazım olan qərarı verəcəkdir.

Qarşıdakı günlərdə əlavə ətraflı məlumatlardan sizləri xəbərdar edəcəyik.

Bizi izləyin!

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.