Huquqaz.com

Məktəbi öz qanunları ilə idarə edən direktorun “qoruyucu mələyi” kimdir? – VİDEO

27.09.2024
2.175
Məktəbi öz qanunları ilə idarə edən direktorun “qoruyucu mələyi” kimdir? – VİDEO

Məktəbi bit-birə basıb. Uşağı dərsə göndəririk, evə ziyanverici həşəratlarla qayıdır. Məktəb rəhbərliyinin vecinə də deyil. Axı, bu problemin həllini aidiyyatı üzrə San Epidemioloji Stansiyadan məhz məktəb rəhbəri tələb etməlidir. 21-ci əsrdə bu biabırçılığı yaşadığımız üçün biz özümüz utanırıq, özü də Sumqayıt kimi bir şəhərdə. Heç ucqar dağ kəndlərində belə bu kimi hallar qəbuledilməzdir bu dövrdə, amma biz şəhərin göbəyində bunu yaşayırıq”.

DogruXeber.az” qeyd edir ki, bu sözləri, əməkdaşımıza övladları Adil İbrahimli adına Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbində təhsil alan valideynlər deyiblər.

Onların sözlərinə görə bu barədə sözügedən məktəbin direktoru Fatma Bayramova da “xəbərdardır, amma zərrə qədər narahat deyil”.

Xatırladaq ki, Fatma Bayramova adı ictimaiyyətə artıq tanışdır. Təqribən iki il əvvəl məktəbin müəllimlərini şagirdlərin qarşısında alçaldacağı ilə təhdid edərək, onları öz qanunlarını tabe etməyə çalışması ilə gündəmə gəlmişdi.

Yerli mediada və ictimaiyyətdə “Eşqi Bağırovun adamı” kimi məşhur olan və məktəb çalışanlarına qarşı səs tonunu yüksəldərək “hökmlü olduğunu” nümayiş etdirən Fatma Bayramovanın idarəetmə bacarığının dərəcəsini elə məktəbdə yaranmış hazırkı vəziyyətlə də müəyyən etmək olar.

Qeyd edək ki, Fəranə Məhərrəmovadan əlavə, artıq ikinci təhsil müəssisəsi rəhbəri Fatma Bayramovadır ki, hər ikisinin vəzifədə qalmasına yaxından köməklik göstərən “sehirli əl”in sahibinin Sumqayıt şəhər meri Zakir Fərəcovun olduğu deyilir.

Hər halda bu məlumat övladı həmin məktəbdə təhsil alan bir neçə valideynlərin bizə söylədikləridir.

Bu barədəki özümüzün ətraflı araşdırma yazılarımızı qarşıdakı günlərdə oxucularımıza təqdim edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.