Huquqaz.com

SOCAR “Azəriqaz” İB-də “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirildi-FOTO

12.05.2023
1.579
SOCAR “Azəriqaz” İB-də “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirildi-FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Qanunla.Az xəbər verir ki, turnirin açılışında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub. Ulu Öndərin idmana, idmançılara, idmanın inkişafına göstərdiyi qayğıdan söz açılıb. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilən bu yarışda SOCAR “Azəriqaz” İB-nin İdarəetmə Aparatının və Birliyin digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Nazim Əsədov 1-ci yer, Mikayıl Cəbrayılov 2-ci yer, Sərvin Rəcəbli isə 3-cü yer tutublar. Qaliblərə Fəxri Fərman və hədiyyə təqdim olunub.

image-dc256f06-20fc-4553-954b-4ddeea249183image-4d20f9e1-a974-493e-acf9-df55204574fcimage-d772d0e7-7e6f-45a2-b85b-0adcde1dad76image-eea9bc91-f2ca-4de0-b97c-a4698babaaf2image-f97f12aa-2a08-45cd-840e-19255bd7f2f6image-034e6434-95f5-486f-a76b-a780dcbb6db9

Şərhlər

Şərh yazılmayıb.