Azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi hüquqi-iqtisadi əsaslar yaradılmaqdadır
Azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi hüquqi-iqtisadi əsaslar yaradılmaqdadır.
Hökumət onların biznes fəaliyyəti ilə məşğul olmaları üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq etməkdədir. Belə ki, onlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir. Nəticədə bu güzəştlər isə bölgədə kiçik ailə təsərrüfatları quran, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların biznes imkanları stimullaşdırılır. Bunun nəticəsidir ki, bölgədə artıq iqtisadi fəallıq dayanmadan artır, bölgədə sahibkarların sayı yüksəlir. Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Fərdi sahibkarların böyük bir hissəsi, təxminən 520-si Ağdamda qeydə alınanlardır. Bu rayondakı Sənaye Parkının yaradılması sahibkarların fəaliyyətə başlaması üçün mühüm rol oynamaqdadır. Eləcə də, Füzuli və Kəlbəcərdə də sahibkarlıq subyektlərinin sayı durmadan artır, bu rayonlarda birlikdə 600-dən çox fərdi sahibkar mövcuddur. Şuşada 61, Xocalıda isə 42 sahibkarlıq subyekti qeydə alınıb.
Bu statistika ona dəlalət edir ki, artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.
Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüftları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıb. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Ağdam Sənaye Parkında işlərə start verilib.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi
2024-cü ildə Milli Məclisə növbədənkənar seçkilər müstəqil Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olaraq tarixə düşdü. Bu, özlüyündə olduqca mühüm tarixi hadisədir. Ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ərazilərimizdə separatizmə birdəfəlik son qoymaqla yanaşı, həm də Azərbaycan dövlətinin gücünü, xalqımızın əyilməz ruhunu bütün dünyaya göstərdi.
Yeni seçilmiş parlamentin ilk iclası isə, şübhəsiz ki, ölkə başçısının nitqi ilə yaddaşlarda qaldı. Prezident İlham Əliyevin VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı təkcə ölkə qarşısında duran vəzifələri deyil, həm də dövlətimizin inkişafı, təhlükəsizliyi və tərəqqisi üçün bir yol xəritəsini ehtiva etdi. Bu çıxışda həm ayrı-ayrı beynəlxalq güclərə, həm də cəmiyyətin hər bir fərdinə ünvanlanmış mesajlar var idi.
Cənab Prezidentin çıxışına müdafiə qüdrətimizin möhkəmlənməsindən başlaması təsadüfi deyil. Çünki ölkənin müdafiə sisteminin gücləndirilməsi qarşıda duran əsas vəzifədir. Güc olmadan, güclü ordu yaradılmadan, müdafiə təşkil edilmədən ölkənin suverenliyini qorumaq, müstəqilliyini təmin etmək mümkün deyil. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri arxada qaldı, dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, ölkəmizin qarşısında duran ən mühüm vəzifə Qarabağ və Şərqi Zəngəzuru bərpa etməkdir. Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələri ilə barışmaq istəmirlər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar.Cənab Prezident indiyə qədər görülən işlər, ayrı-ayrı beynəlxalq güclərin oynadıqları oyunlar və onların gələcək planları barədə əsaslı fikirlər səsləndirdi. Ölkə başçısının dediyi kimi, son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Buna baxmayaraq, ikili standartlar əsasında qurulmuş ittihamlar hələ də davam edir. Ancaq bu, nə bizim, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ermənistanı silahlanmağa cəlb edənlər mütləq cavab verəcəklər
Cənab Prezident ordunun möhkəmlənməsində, inkişafımızın təmin edilməsində hər bir vətəndaşın roluna yüksək qiymət verərək qeyd etdi ki, biz vətənpərvər, cəsarətli, mətin insanlar yetişdirməliyik. Hər bir şəxs bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Bu sözləri ölkə rəhbəri Qarabağ Universitetindəki çıxışında da bir neçə dəfə xatırlatdı. Dövlət başçısı vurğuladı ki, biz milli-mənəvi dəyərlərə sadiq vətəndaşlar yetişdirməklə ölkəmizin inkişafını təmin etmiş olarıq. Bugünkü gənclər bizim qələbələrdən dərs çıxarmalı, onlar xarici təsirlərə uymamalıdırlar. Belə olan halda təbii ki, yeni uğurlara imza atmaq mümkün olar.
Ölkə rəhbəri Ermənistanın bugünkü vəziyyətinə də diqqəti cəlb edərək, aydın mesajlar verərək nəzərə çatdırdı ki, Ermənistanı silahlandıranlar gələcək üçün məsuliyyət daşıyırlar. Azərbaycan heç bir ölkənin təsirinə məruz qala bilməz. Ancaq bu gün Ermənistanın silahlandırılması, orada xarici ölkələrdən gətirilən insanların təlim keçmələri heç bir nəticə verməyəcək. Bu əslində sülh sazişinin bağlanmasına bir maneədir. Əlbəttə ki, bu maneəyə səbəb olanlar, Ermənistanı silahlanmağa cəlb edənlər mütləq cavab verəcəklər.
Dövlət başçısı ölkədə təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin bütün dünya üçün nümunə ola biləcəyi ilə bağlı da konkret fikirlər səsləndirdi. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuz, qardaşımızdır.
Qalib olmağımıza baxmayaraq, hər zaman sülhün tərəfdarıyıq və Ermənistanla sülh müqaviləsinin bağlanmasının təşəbbüskarı da məhz bizik. Ancaq təəssüflər olsun ki, Ermənistan çağırışlarımıza hələ də konkret cavab vermir. Onlar xarici havadarlarına arxalanaraq, Qərbdən, Avropa ölkələrindən silah almaqla özlərinin ordusunu yenidən qurmağa çalışır və sülhü ləngidirlər. Bu, yolverilməzdir və Ermənistanı silahlandıranlar bir daha 44 günlük müharibənin, 23 saat davam edən antiterror tədbirlərinin nəticələrindən lazımi dərs almalıdırlar.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Şərh yazılmayıb.